10 Iyul 2010-cı il N 122(3011)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Sədrsizliyə son

Bu gün nəhayət ki, milli istiqlalçılar özlərinə yeni sədr seçə biləcəklər. Heç bir problem olmasa, AMİP qurultayını keçirib, ikiillik sədrsizliyə son qoyacaq...

   Azərbaycan Milli İstiqlal Partiyası iki ildən sonra axır ki, qurultayını keçirməyə müvəffəq olacaq. Bundan əvvəl partiya ali tədbirini keçirməyə çox cəhd göstərmişdi. Amma ya zəlzələdənmi, ya vəlvələdənmi qurultay alınmırdı ki, alınmırdı. Hər dəfə bir əmma çıxıb partiyanın işinə əngəl olurdu. Şükürlər olsun ki, bu dəfə milli istiqlalçılar bütün problemləri adlaya bildilər və bu gün "Avropa" otelində qurultaylarını keçirib, özlərinə sədr seçə biləcəklər.

   Allah heç bir partiyanı başsız qoymasın. İki il sərasər AMİP də sədrsizliyin acısını çəkdi. Milli istiqlalçılar bu iki ildə sədrli qurumlara baxıb köks ötürməkdən yoruldular. Yenə Allaha şükür ki, bu gün partiyanın yeni sədri kreslosunda oturub, ailə başçısı kimi AMİP-çiləri bir yerə yığa biləcək.

   Hər bir partiyanın qurultayından qabaq hamı təşkilata kimin sədrlik edəcəyi ilə maraqlanır. Elə "AMİP-in yeni sədri kim olacaq" sualı da uzun müddətdir ki, kluarlarda dolaşmaqdadır. Düzdür, partiyadan bu suala cavab almaq istəyəndə həmişə "sədr olmağa layiqlilər çoxdur" deyirlər. Amma qəribə orasıdır ki, layiqlilərdən heç kəs indiyənəcən iddiasını ortaya qoymayıb. AMİP-dən buna da aydınlıq gətirirlər. Ki, namizədlər qurultay başlayana kimi öz güclərini hesablayacaqlar, situ-asiyanı dəyərləndirəcəklər. Ola bilər ki, öz namizədliklərini irəli sürsünlər, ola bilər digərlərinin namizədliklərini dəstəkləsinlər. Siyasətdə hər şey mümkündür.

   Namizədlər sırasında baş katibdən başlamış bir neçə nəfərin adı çəkilir. Amma ən şanslısı eks-deputat, keçmiş YAP-çı, sabiq ADP-çi, MSK-nın keçmiş üzvü (maşallah, adam "eks"lərlə zəngindir), indi AMİP-də beynəlxalq məsələlər üzrə katib postunda çalışan Yusif Bağırzadə görünür. Əslində, bu adam AMİP-ə üz tutanda çoxları onun əvvəl-axır partiyanın başına gətiriləcəyini deyirdi. Düzdür, onda da, elə indi də partiyadakılar bunu danmayıblar: "AMİP üzvü olan hər bir şəxs sədrliyə namizədliyini irəli sürmək hüququna malikdir. Eləcə də Yusif Bağırzadə", - deyərək, üstəlik onun sıravi üzv yox, Siyasi Şuranın üzvü, eyni zamanda katib olduğunu bildirirlər. Yəni, başqalarına baxanda sədrliyə gedən yolda bu adama yaşıl işıq yanır.

   Nəsə, yeni sədrin kim olacağının əhəmiyyəti yoxdur. Təki AMİP əvvəlki nüfuzunu özünə qaytara bilsin...
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws