EKSTREMAL İDMAN
Dünən Qubanın Qalaxudat kəndində ekstremal idman növləri üzrə "Qızıl Qaya-2010" beynəlxalq dağ festivalına start verilib. Azərbaycan Hava və Ekstremal İdman Federasiyası ilə Qərb Universitetinin birgə keçirdiyi bu festivalda Azərbaycanı (Bakı, Qusar, İsmayıllı, Qax, Gəncə, Daşkəsən və Qobustan) təmsil edən 100-dən çox idmançı ilə yanaşı, Rusiya, Macarıstan və Gürcüstan idmançıları da mübarizəyə qatılıblar. İyulun 18-dək davam edəcək festivalın proqramına boulderinq yarışlarının keçirilməsi, Şahdağ silsiləsindəki "Heydər zirvəsi"nə sürətli yürüş, uzunluğu 1 km, hündürlüyü isə 200-300 metr olan toxunulmayan qayalara dırmanmaq və s daxil edilib. Qeyd edək ki, belə yarış ölkəmizdə ilk dəfə keçirilir.