15 Iyul 2010-cı il N 125(3014)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
BMT-də məcburi köçkünlərin hüquqları müzakirə olunacaq
12:15 01-09-10
Azərbaycan tərəfi BMT Baş Assambleyasının sentyabrın 9-da keçiriləcək növbəti sessiyasında "İşğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş insanların hüquqları və onların təmin edilməsi" ilə bağlı yeni qətnamə ilə çıxış edəcək. Azərbaycan torpaqlarının hələ də işğalda qalması bu məsələni zəruriləşdirməklə yanaşı, beynəlxalq ictimaiyyətin problemin həllində mövqeyini dəqiqləşdirməsi baxımından da əhəmiyyətlidir.

   

   Politoloq Rasim Musabəyov məsələ ilə bağlı bildirib ki, işğal olunmuş torpaqlar, oradan qovulmuş 600 mindən çox insan var və Ermənistan məsələyə yalnız ermənilərin təhlükəsizliyi və statusu kimi baxır: "Azərbaycan diqqəti bu məsələyə cəlb etməklə, Assambleyada erməniləri çətin vəziyyətə salmış olacaq".

   

   Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov da hesab edir ki, yeni qətnamə ortada yeni vəziyyət yaratmaqla yanaşı, dünya dövlətlərinin insan hüquqlarına münasibətini müəyyənləşdirir, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli şəkildə həll olunmasına dair yanaşmaları da aydınlaşdıracaq.

   

   "Dünya ictimaiyyəti, dövlətlər beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək öz prinsipial mövqelərini nümayiş etdirəcəklər, çünki belə vəziyətdə ikili standartlara yol vermək sülhün əldə edilməsinə xidmət etmir. Qətnamələrin qəbul olunması, həqiqəti dünya ictimaiyyətinə çatdırmaqla paralel olaraq eyni zamanda ədalətli mövqeyin bir daha dəstəklənməsi deməkdir",- deyə XİN-nin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

   

   Xatırladaq ki, 2008-ci ildə səsveməyə çıxarılmış "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlanan qətnamənin lehinə Minsk qrupuna üzv 13 ölkədən yalnız Türkiyə səs vermişdi. Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya, eləcə də Hindistan guya qətnamənin birtərəfli hazırlandığını əsas gətirərək onun əleyhinə çıxış etmişdilər. Həmin qətnamədə isə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verilir, işğal edilmiş bütün ərazilərdən Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması tələb edilir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılması vurğulanırdı. Ötən il isə sözügedən qətnaməni BMT Baş Assambleyasında müzakirəyə çıxarmaq mümkün olmamışdı. İndi isə bu qətnamə ilə yanaşı həmsədr dövlətlərin səsvermədə manevr imkanlarını məhdudlaşdıran yeni sənəd müzakirəyə çıxarılacaq ki, artıq bununla bağlı Ermənistan ultimatum xarakterli bəyanatlar səsləndirməyə başlayıb.

   

   Qeyd edək ki, sessiyaya sədrlik edən Liviya Azərbaycan və Kosovo ilə bağlı məsələləri eyni gündə müzakirə etməyi təklif edib.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws