Moskvada gecələr tünd alkoqollu içkilərin satışına qadağa qüvvəyə mindi
12:35 01-09-10
Bu gündən Rusiyanın paytaxtı Moskvada saat 22.00-dan 10.00-adək tünd alkoqollu içkilərin satışı qadağan edilir. Bu barədə sərəncamı Moskva meri Yuri Lujkov imzalayıb. 1 yanvar 2006-cı ildən Moskvada analoji qadağa saat 23.00-dan 8.00-adək qüvvədə idi.
Yeni qaydalara görə, dairə prefekturası ilə alkoqollu içkilərin bütün sutka ərzində satışının razılaşdırılması mexanizmi də qüvvədən düşüb. Moskva merinin sərəncamı Rusiya paytaxtında bütün sutkanı işləyən 800-ədək mağazanı əhatə edəcək.
EKSPRESS.AZ