Ovanes İgityan: "Ermənistanda indiki qədər zəif prezident olmayacaq"
12:55 01-09-10
"Serj Sarkisyan Ermənistanın ən zəif prezidentidir". Bu sözləri Rusiya hərbi bazasının Ermənistanda qalmasının müddətinin uzadılması ilə əlaqədar Erməni İctimai Hərəkatı Partiyasının idarə heyətinin üzvü Ovanes İgityan deyib. Onun sözlərinə görə, son vaxtlar Ermənistan rəhbərliyi elə sənədlərə imza atıb ki, onları müxtəlif cür şərh etmək olar.
O xatırladıb ki, əvvəlki müqaviləyə əsasən, Rusiyanın Gümrüdəki bazası haqqında müqavilənin müddəti, tərəflər razılığa gəldiyi təqdirdə, daha 5 il müddətinə uzadıla bilərdi: "Bəs niyə bu müddət daha 25 il uzadılıb? O.İgityanın sözlərinə görə, Rusiya anlayır ki, yaxın gələcək Ermənistanda Sarkisyan qədər zəif prezident olmayacaq".
O.İgityan hesab edir ki, müqavilədə Rusiyanın Ermənistanı konkret olaraq kimdən müdafiə etmək istədiyini dəqiqləşdirmək lazım idi. Əgər söhbət yalnız Rusiyanın maraqlarından gedirsə, Ermənistan kompensasiya tələb etməli idi.
EKSPRESS.AZ