15 Iyul 2010-cı il N 125(3014)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8813)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5464)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
İran Fransa Prezidentinin xanımını "fahişə" adlandırıb
14:12 01-09-10
Fransanın Birinci xanımı Karla Bruni daşqalaq edilməklə edama məhkum olunan iranlı qadını müdafiə etdikdən sonra İran onu "fahişə" adlandırıb.

   

   Fransa prezidentinin həyat yoldaşı iki uşaq anası, 43-yaşlı Sakineh Mohammadi Ashtianinin müdafiəsi kampaniyasına qoşulub.

   

   İranlı qadın ərinə xəyanət etməkdə və onun qətlində iştrak etməkdə ittiham olunur.

   

   Bu məsələylə bağlı Fransa Avropa İttifaqını İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

   

   Parisdən BBC müxbiri Christian Fraserin göndərdiyi reportajda deyilir ki, ötən həftəsonu Fransanın bir sıra şəhərlərində Sakineh Mohammadi Ashtianinin müdafiəsinə həmrəylik yürüşləri təşkil olunub.

   

   Etiraz kampaniyasına həm Fransa prezidenti, həm də onun xanımının dəstək vermələrilə nümayişlər daha da vüsət alıb.

   

   Carla Bruni 2 uşaq anası olan İran qadınına açıq məktub yazıb.

   

   "Nəyə görə qan tökülməli, siz həyatdan, uşaqlarınız isə analarından məhrum edilməlidir?" - Carla Bruni yazır.

   

   "Siz həyatınızı yaşadığınıza görə? Sevdiyinizə görə? Qadın, iranlı olduğunuza görə? Mənim bütün daxilim, qəlbim bununla razılaşa bilmir".

   

   Bu məktuba cavab səciyyəsi daşıyan məqalə İranın Keyhan qəzetində dərc olunub.

   

   Həmin məqalənin başlığı belədir: " Fransa fahişələri hüquq müdafiəçilərin etiraz kampaniyasına qoşulur". Məqalə Fransanın 1-ci xanımını riyakarlıqda ittiham edir.

   

   Məqalədə, Carla Bruninin yüngül həyat tərzinə aludəçi olduğu və bir sıra tanınmış şəxslər və ulduzlarla macəralar yaşadığına diqqət çəkilir.

   

   Keyhan qəzetindəki məqalədə Sakineh Mohammadinin məsələsiylə bağlı Carla Bruninin səsinə səs vermiş rəfiqəsi, aktrisa Isabelle Adjaninin də adı çəkilir.

   

   Keyhan qəzeti dövlət mətbu orqanıdır və ölkənin mühafizəkar İslam rejiminin mövgeyini əks etdirir.

   

   Qəzetin mövgeyini Dövlət teıeviziyası da dəstəkləyib. İran televiziyası deyib ki, xanım Bruni öz "əxlaqsızlığına" bəraət qazandırmağa çalışır.

   

   Yelisey Sarayı isə hələlik İran mətbuatında səslənmiş təhqirlərə rəsmi reaksiya bildirməyib.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws