15 Iyul 2010-cı il N 125(3014)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8821)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5617)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5516)
Əzrayılın bala paylamaqlığı (5494)
Kölgənin kölgəsi (5465)
Seçki kəşfləri (5410)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Exo Moskvı 20 illiyini qeyd edir
14:30 01-09-10
Redaktorlar bu radionu "qeyri-azad ölkədə azadlıq adası" adlandırırlar.

   

   90-cı illərdə Sovet İttifaqının dağılmasından sonra təsis edilmiş bu radio-kanal Rusiyanın yeganə müstəqil radiosu sayılır.

   

   Hökuməti açıq tənqid edən Exo Moskvı dəfələrlə bağlanıb, lakin yenə də efirdə qala bilib.

   

   Şəhərin mərkəzində yerləşən "Exo Moskvı" radiosunun redaksiyasına daxil olanda, nəzərə ilk növbədə, divarlardan asılmış fotoşəkillər çarpır.

   

   Bu, son 20 il ərzində radioya müsahibə vermiş prezidentlər, baş nazirlər, ulduzlardır: Mixail Qorbaçov, Toni Bleyr, Bill Klinton, çox cavan görünən Vladimir Putin, habelə Layza Minelli.

   

   "Exo Moskvı" radiosunun təsisatçısı Sergey Bantman:

   

   "Vəziyyət çox ağırdır, çünki hökumət kütləvi medianın rolunu başa düşmür. Onlar Sovet dövründə olduğu kimi belə fikirləşirlər ki, kütləvi media - siyasi təbliğat alətidir. Əfsus ki, jurnalistlərin çoxu da özlərini siyasət aləti hesab edirlər. Jurnalist - jurnalistdir, hər hansı bir şirkət və ya hökumətin PR menejeri deyil..."

   

   "Exo Moskvı" radiosunun mövcudluğu özü-özlüyündə Rusiya üçün qeyri-adi bir haldır. Bəziləri hesab edirlər ki, bu kanal Kremlə "Rusiyada azad media var" iddiası ilə çıxış etməyə imkan verir.

   

   Bundan başqa, ölkə boyunca 3 milyondan az dinləyicisi olan bu kanal özünün mübahisəli rəyləri ilə hökuməti sarsıda bilən bir qüvvə kimi qəbul olunmur. Lakin radiostansiya səhmlərinin 60 faizindən çoxu dövlət Qazprom şirkətinə məxsusdur. Belə bir halda kanal həqiqi mənada tam müstəqil ola bilərmi? Yenə də Sergey Buntman:

   

   "Biz Qazpromun zavodunda tətil, Rusiya-Ukrayna, Rusiya-Belarus münasibətləri, qaz müharibələri barədə xəbərlər yayırıq. Dinləyicilərə xəbərlər çatdırırıq. Münaqişənin hər iki tərəfinin mövgeyini işıqlandırırıq. Bu barədə danışmağa imkan yaradırıq. Və Qazprom barədə xəbər yayırıqsa, biz bu şirkət haqqında səhmdar kimi düşünmürük. "

   

   Rusiya-Polşa münasibətlərinə aid bu efir müzakirəsindən belə qənaətə gəlmək olar ki, "Exo Moskvı" radiosu üçün qeyri-mümkün mövzular və ya rəylər yoxdur. Rusiyanın televiziya sənayesi ola bilsin ki, dövlətin nəzarəti altındadır. Lakin azı bir radiokanal var ki, onun səsi ucadan eşidilir...

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws