15 Iyul 2010-cı il N 125(3014)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8813)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5464)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Rusiya prezidentinin Bakı səfərinin proqramı açıqlandı
11:30 02-09-10
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev sentyabrın 2-3-də Azərbaycana səfəri çərçivəsində ikitərəfli ticari-iqtisadi əməkdaşlağı, eləcə də, Xəzərdə tərəflərin qarşılıqlı əlaqələri məsələlərini müzakirə edəcək. Bunu jurnalistlərə Rusiyanın dövlət başçısının köməkçisi Sergey Prixodko deyib. Onun sözlərinə görə, səfər zamanı dövlət sərhədi ilə bağlı müqavilə, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı saziş imzalanacaq. Sergey Prixodko bildirib ki, Azərbaycan Rusiyanın dövlət sərhədi haqqında müqavilə bağladığı ilk ölkə olacaq.

   

   Su ehtiyatlarından danışan prezident köməkçisi deyib ki, imzalanadaq sənəd Samur çayının paritet əsaslarla bölünməsini birgə həyata keçirəcək Rusiya-Azərbaycan komissiyasının yaradılmasını nəzərdə tutur: "Bu sənədlər ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin əsasını təşkil edəcək, Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək".

   

   Sergey Prixodko bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələsinə də xüsusi diqqəit ayrılacaq. 2009-cu ildə Rusiya və Azərbaycan arasında mal dövriyyəsi 1,78 milyard dollar olub.

   

   Beynəlxalq məsələlərə gəldikdə isə, Rusiya prezidentinin köməkçisi deyib ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

   

   Sergey Prixodko Dmitri Medvedevin Azərbaycana səfər proqramını da açıqlayıb. Rusiya prezidenti Bakıya bu gün gələcək. O, Fəxri xiyabanda Heydər Əliyevin məzarını vəŞəhidlər xiyabanını ziyarət edəcək. Bu gün Rusiyanın dövlət başçısının şərəfinə şam yeməyi veriləcək.

   

   Sentyabrın 3-də Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.

   

   Dmitri Medvedev Bakı Dövləçt Universitetində də olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim ediləcək.

   

   Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bəzi regionları, o cümlədən Dağıstan və İnquşetiyanın rəhbərləri, iş adamları, o cümlədən, "Qazprom"un başçısı Aleksey Miller müşayiət edəcək.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws