Ermənistan parlamenti Dağlıq Qarabağın tanınması məsələsini müzakirə edəcək
11:35 02-09-10
Ermənistan parlamentinin "İrs" fraksiyası spiker Ovik Abramyana "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qanun layihəsinə növbədənkənar baxılması ilə bağlı müraciət edib. Qanun layihəsinin 1-ci maddəsində bildirilir ki, Ermənistan "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıyır.
Ermənistan parlamentinin reqlamentinə görə, qanun layihəsi müzakirə edilmədən parlamentin müzakirəsinə çıxarılacaq və oktyabrın 5-də saat 14.30-dan 16.30-adək deputatların müzakirəsinə veriləcək.
Qeyd edək ki, "İrs" fraksiyasının deputatları qanun layihəsini ötən il oktyabrın 15-də parlamentə təqdim ediblər. Lakin layihənin parlamentin xarici əlaqələr daimi komissiyasında müzakirəsi və sessiyaya çıxarılması ləngiyirdi.