2011-ci ildə Azərbaycandan Rusiyaya ötürülən qazın həcmi artırıla bilər
11:58 02-09-10
İrana qaz ixracını həyata keçirmək üçün Astara qaz kompressor stansiyasında böyük investisiya işləri davam edir. Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. Rusiyaya satılan qaza gəlincə, ARDNŞ prezidenti bildirib ki, işlər sazişdə nəzərdə tutulduğu kimi gedir və artıq bütün detallar razılaşdırılıb. Belə ki, iki ölkə arasındaki uzunmüddətli sazişə əsasən, ilin sonuna kimi Azərbaycandan Rusiyaya 1 milyard kubmetr həcmində qaz nəql ediləcək. 2011-ci ildə Rusiya Azərbaycandan əlavə qaz almaq istəsə, bu, yeni anlaşmayla rəsmiləşəcək və qiymət yenə də qəbul olunmuş formula əsasən müəyyənləşəcək.
Azərbaycanın qaz təsərrüfatına toxunan Rövnəq Abdullayev qeyd edib ki, sistemin yenidən qurulması üzərində işlər davam etdirilir: "Müqavilə bağlanıb. Bu il 250 min smart tipli sayğac alacağıq. Onların böyükhissəsi artıq gəlib. Bu il əsasən Bakı və Bakıətrafı kəndlərin qazlaşması həyata keçirilib. Yeni qazlamaşmada yeni sayğaclar qoyulacaq".
Ümumilikdə, 3 il müddətinə ölkə ərazisində 1 milyona qədər smart tipli sayağaların quraşdırılması nəzərdə tutulub.
EKSPRESS.AZ