Sərnişinin üstünə çay dağıldı, təyyarə məcburi yerə endi
12:18 02-09-10
Sərnişin təyyarəsində 56 yaşlı qadının üstünə qaynar çay tökülməsi hava nəqliyyatının məcburi eniş etməsi ilə nəticələnib. Hadisə, "Ryanair" havayollarına aid təyyarə Liverpul-Polşa reysi ilə uçarkən baş verib. Qeyd edək ki, hadisədən sonra "Boeing 737-900" tipli təyyarə Almaniyanın Bremen şəhərinə enib. Bremen hava limanının səhiyyə işçiləri yanıq xəsarəti alan sərnişinə təcili müdaxilə ediblər. Zərərçəkmiş daha sonra xəstəxanaya çatdırılıb və təyyarə 90 dəqiqəlik gecikmə ilə Polşaya uçub.
EKSPRESS.AZ