Heydər Əliyev və Atatürkün portreti Ağrı dağının zirvəsində
12:30 02-09-10
Türkiyədə Alpinizm Federasiyasının (TAF) təşəbbüsü ilə XI Ağrı dağı zəfər dırmanışı həyata keçirilib. Dəniz səviyyəsindən 5 137 metr hündürlükdə keçirilən dırmanışda 37 nəfəri əcnəbi olmaqla 80 alpinist iştirak edib.
Tədbirdə iştirak edən Azərbaycan Alpinizm Federasiyası, Türkiyə-Azərbaycan dərnəyi və İqdır Pozitiv düşüncə platformunun üzvləri Ağrı dağının zirvəsinə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin və Türkiyə Cumhuriyyətinin qurucu Atatürkün portretlərini aparıb. Heydər Əliyevə aid "Bir millətin iki dövlətiyik" və Atatürkə aid "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözləri yazılmış xatirə lövhələri isə digər alpnistlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, dırmanışda Türkiyə və Azərbaycanla yanaşı İran, Rumıniya, Bosniya və Herseqovina, Yunanıstan, Çernoqoriya, Xorvatiya, Makedoniya, Serbiya və Bolqarıstandan olan alpinistlər iştirak edib.
EKSPRESS.AZ