Discovery telekanalının binasında girov götürülənlər xilas edildi
12:35 02-09-10
ABŞ-ın Silver Sprinqs şəhərində Discovery Channel telekanalının binasında adamları girov saxlayan şəxs zərərsizləşdirilib. Polisin məlumatına görə, o, saxlanılıb.
Son məlumatlara görə, polis telekanal binasına hücum edərkən cinayətkar yaralanıb. Əməliyyat zamanı girovlar xəsarət almayıblar.
Qeyd edək ki, naməlum şəxs Discovery telekanalının binasında adamları girov götürüb. ABŞ polisi cinayətkarın şəxsiyyətini dəqiqləşdirib. O, ətraf mühitin mühafizəsi uğrunda mübarizə aparan 43 yaşlı Ceyms Cey Lidir.
EKSPRESS.AZ