Obama, Netanyahu və Abbas sülhə ümidlidirlər
12:55 02-09-10
Amerika prezidenti Obama deyib ki, Vaşinqtonda aparılan Yaxın Şərq sülh danışıqlarında tərəqqi əldə edilməkdədir.
Cənab Obama İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla ayrılıqda görüşüb. Bundan sonra bu gün tərəflər üzbəüz danışıqlara başlayacaqlar.
Vaşinqtondan BBC müxbiri Pol Adams deyir ki, bu sözlərə baxmayaraq danışıqlar demək olar ki, tam pessimizm şəraitində aparılacaq.
Müşahidəçilər bunu son cəhd kimi təsvir edirlər. Amerikalılar bu ilin sonuna kimi yekun saşizin imzalanmasını qarşıya məqsəd qoysalar da, çoxları bunu absurd sayır.
Lakin hətta əsas danışıqlar başlamazdan əvvəl belə, hər yerdən onların niyə uğursuz ola biləcəyinə dair əlamətlər görünür.
Ötən gün və bundan əvvəl Həməsin israilliləri öldürülməsi İsraildə qəzəbə səbəb olub.
Baş nazir Netanyahu deyib ki, qətllər, qarşı çıxdıqları hər şeyi məhv etməkdə qəti olanlar tərəfindən törədilib. O və prezident Obama danışıqların ilkin mərhələsini məhsuldar kimi təsvir ediblər.
Lakin baş nazir Netanyahu deyib ki, yeni məskənlərin salınmasının
qismən dondurulmasını başqa yerlərə genişləndirmək fikrində deyil.
Bu moratoriumun öz müddəti isə gələn ay bitir.
Fələstinlilər deyirlər ki, əgər məskənlərin tikilməsi bərpa edilsə,onlar danışıqları tərk edəcəklər.
EKSPRESS.AZ