16 Iyul 2010-cı il N 126(3015)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Ermənisayağı mürdəşirlik...
Düşmən şəhid gizirin meyitini gizlədir
Edar Sabiroğlu: "Meyit qaytarılmasa, yeni bir presedentin təməli qoyulacaq"

"Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildirirlər ki, gizir Mübariz İbrahimovun cəsədi nə Ermənistanda, nə də Dağlıq Qarabağdadır". Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun dünən yaydığı açıqlamada belə deyilir.

   Açıqlamada gizir Mübariz İbrahimovla bağlı Ermənistanın yeni bəhanələrinin üzə çıxdığı qeyd olunur. "Az əvvəl iddia irəli sürürdülər ki, guya Azərbaycanın rəsmi müraciəti olmadığına görə hər hansı konkret addım atmaqda çətinlik çəkirlər. Beynəlxalq humanitar prinsipləri tapdalayan bu hiyləgər münasibətə Azərbaycan Müdafiə Nazirliyi vaxtında öz mövqeyini bildirib".

   Sınaqdan keçirilmiş konkret təcrübə olduğunu bildirən E.Sabiroğlunun sözlərinə görə, dəfələrlə atışmalar zamanı meyitlərin qarşı tərəflərdə qaldığı hallar olub. "Belə vəziyyətlərdə beynəlxalq təşkilatların, xüsusi ilə Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə danışıqlar aparılıb və qısa müddətdə cəsədlər qaytarılıb. Görəsən, indiki bu istisnalığın arxasında gizlənən nədir? Bütün bunlara baxmayaraq gizir İbrahimovun meyitinin geri alınması üçün səylərimizi usanmadan davam etdirəcəyik", - deyən Sabiroğlu hələlik "Qızıl Xaç"ın təşəbbüslərinin də bir nəticə vermədiyindən təəssüflənir.

   "Hazırda Ermənistan digər başqa bir uydurma ilə çıxış edir. Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildirirlər ki, gizir M.İbrahimovun cəsədi nə Ermənistanda, nə də Dağlıq Qarabağda yoxdur. O zaman sual meydana çıxır: elə isə atışmanın səhəri gün Ermənistanın dövlət rəhbərliyi də daxil olmaqla həmin ölkənin müdafiə və xarici işlər nazirliklərinin Mübariz İbrahimovun cəsədinin silah- sursatla birlikdə qarşı tərəfdə qaldığı barədə verdikləri bəyanatlar nə məqsəd güdürdü? Yaxud rəsmi müraciət deyə səs-küy qoparmaqla nəyə işarə vururdular?"

   Əslində ortada müəmmalı bir şey olmadığını deyən MN rəsmisinə görə, yenə də ənənəvi milli bir keyfiyyət nümayiş etdirilir. Belə ki, onun dediyinə görə, ermənilər indi də meyiti gizlətmək yolunu tutublar. "Bu da heç bir bəşəri və insani normalarla bir çərçivəyə sığmır. Ancaq Müdafiə Nazirliyi "Qızıl Xaç"ın son nəticəyə qədər öz missiyasını davam etdirəcəyinə inanır. Əks təqdirdə bununla gələcəkdə yeni bir presidentin təməli qoyula bilər ki, bunun da məsuliyyəti birbaşa Ermənistanın üzərinə düşür".

   Bu arada Azərbaycanın insan hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova Milli Ordumuzun hərbçisi Mübariz İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerə ünvanladığı müraciətə cavab alıb. Ombudsmanın ANS-ə bildirib ki, ermənilərin hərbçimizin cəsədini belə geri qaytarmaması heç bir humanistliyə sığmayan bir şeydir. "Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən bizə gələn cavab məktubunda bildirilir ki, danışıqlar, həmçinin bu istiqamətdə tədbirlər davam etdirilir. İstər sizin dövlətin, istərsə də ombudsmanın müraciətlərinə cavab olaraq tədbirlər görülür. Və bunun nəticəsi olanda biz sizi xəbərdar edəcəyik. Mən çox ümid edirdim ki, nə isə müsbət nəticə haqqında eşidəcəyik. Hazırda biz yenə də gözləyirik".

   Xatırladaq ki, iyunun 18-dən 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən baş verən ağır döyüş zamanı şəhid olan Azərbaycan hərbçisi Mübariz İbrahimovun meyiti bu günədək Azərbaycan tərəfinə qaytarılmayıb.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws