23 Iyul 2010-cı il N 131(3020)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9008)
Dieqo Rivera - romantik kommunist (8771)
Cankorelin dialoq arzusu (6222)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5475)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Vəddən bezənlər

Əvvəllər "sel qaçqınları"na heç olmasa, vədlər verirdilər, onlar da hökumətin verəcəyi kompensasiya ilə özlərinə yurd-yuva quracaqlarına ümid edirdilər. İndi day o vədlər də verilmir, əvəzində evi-eşiyi suyun altında qalanlar hədə-qorxuya məruz qalırlar...

   Bu gün-sabah yay fəsli başa çatacaq, amma Kürün kürlüyü nəticəsində evləri suyun-selin altında qalan camaat hələ də çöllərdə qalıblar. Düzdür, arada onların da Kür kimi coşub-daşmaqları olur, düşürlər yolun ağına gəlirlər Bakıya ki, başbilənlərimizə dərdlərini desinlər. Amma kimdi onları eşidən. Eşidən olanda da ancaq və ancaq quru vədlər verir, ay bağ belə, bostan belə ki, bəs hökumət evi su altında qalan ailələrə yardım edəcək, kompensiyaya ayıracaq, siz də həmin pulla özünüzə təzə yurd-yuva salacaqsınız. "Yeməkdənsə ümid yaxşıdır" deyən "sel qaçqınları" da elə belə vədlərə inana-inana günlərini boşa verirlər. Amma fəsil gözləmir, yağışlı payız gəlib qapını kəsdirəcək, ondan sonra qarlı-boranlı qış gələcək, di gəl, ay evi dağılmış camaat, özünüzə ev qaraldın görüm, qaralda biləcəksinizmi?

   Hökumətin vədlərindən bir şey çıxmadığını görən Sabirabadın "sel qaçqınları" bugünlərdə yenə Bakıya gəlib Prezident Administrasiyasında dərdlərinə dərman axtarıblar. Gəldikləri kimi quru sözü də özlərinə yoldaş edib geri qayıdıblar.

   Qayıdan kimi də yerli icra hakimiyyəti başçısının qəbulunda olan sakinlər deyirlər ki, rayonun başbilənləri onlara dəyən zərərə görə kompensasiyanın verilməsinin real müddətini və ədalətli həcmini müzakirə etmək əvəzinə, görüşə hədə-qorxu ilə başlayıb. Üstəlik rayonun prokuroru Seyfulla Aslanov deyib ki, açıq qulağınızı məni yaxşı-yaxşı dinləyin, adambaşına 200 manat məbləğində birdəfəlik kompensasiyadan imtina edilməsi şantajdır. Hələ bu harasıdır? "Sel qaçqınları" and-aman edirlər ki, bəs prokuror "səbəbkarların" (yəni İcra Hakimiyyətinin nümayəndələri ilə görüşə gələnlər) barəsində cinayət işi qaldıracağını da deyib.

   Ən yaxşı müdafiə hücumdur. Sabirabad rayonunun rəhbərliyi bilir ki, bu addımı atmasalar, qabaqdangəlmişlik eləməsələr, "sel qaçqınları"nın ayaqları yer alar. Bu gün bir tələbləri yerinə yetirilsə, sabah başqa iddia ilə çıxış edərlər.

   Nəsə, "sel qaçqınları" əvvəllər verilən vədlərdən bezmişdilər, indi də hədə-qorxulardan zara gəliblər. Belə getsə, kompensasiya tələblərindən də geri çəkiləcəklər...

   
Qalib İBRAHİMOĞLU
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws