Şəhid əsgərimizin meyitinin kadrları yayımlanıb
10:55 07-09-10
Ermənistanın İctimai televiziyası sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində - Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olmuş Milli Ordumuzun hərbçilərindən birinin meyitinin kadrlarını yayımlayıb. Güman olunur ki, bu, Bakının Xətai rayonunda qeydiyyatda olan və əslən Cəlilabaddan olan 24 yaşlı Fərid Gülağa oğlu Əhmədovdur.
Qeyd edək ki, kadrlarda meyitin üzü göstərilmir. Fərid Əhmədovla birgə şəhid olan 34 yaşlı Əhməd Hüseynağa oğlu Abdullayev doğulduğu Cəlilabadda artıq torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
EKSPRESS.AZ