Türkiyədəki referendum kompüter oyunu oldu
11:10 07-09-10
Türkiyədə sentyabrın 12-də keçirilməsi planlaşdırılan və hakimiyyətlə müxalifət arasında böyük qalmaqallara səbəb olan, ölkə konstitusiyasının bəzi maddələrində dəyişikliyi nəzərdə tutan referendum kompüter oyunu halına gətirilib. İqtidar və müxalifət düşərgəsi keçirdiyi mitinqlərlə xalqa bu referendum barədə məlumatlar verir. Qeyd edək ki, hakimiyyət mənsubları referendumun lehinə səs vermələri istiqamətində əhaliyə məlumatlar verir, müxalifət isə bunun ziddi istiqamətində iş aparır. Kompüter oyununda isə iki düşərgə arasındakı bu qalmaqal əyləncəli şəkildə təqdim olunub.
http://www.2010halkoylamasi.com/referandum-oyunu-cikti/
EKSPRESS.AZ