London metro işçiləri tətil edir
11:55 07-09-10
İngiltərənin paytaxtı Londonda ötən axşamdan etibarən metro işçiləri 1 günlük tətilə başlayıb. Kütləvi tətilin səbəbi bilet ofisində işləyən 800 nəfərin işdən çıxarılmasıdır. Şəhər əhalisinin əksəriyyətinin metrodan istifadə etdiyi Londonda sərnişinlərin çıxılmaz vəziyyətdə qalmamaları üçün onlara alternativ nəqliyyatdan istifadə etmələri məsləhət görülüb. Məlumata görə, bu tətil İngiltərə iqtisadiyyatına 50 milyon funt-sterlinqə (62 milyon 180 min manat) başa gələcək. Həmçinin belə bir tətilin oktyabr və noyabr aylarında da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, İngiltərə iqtisadiyyatında baş vermiş büdcə kəsirini minimuma endirmək üçün bir çox sahələrdə ixtisarlaşma yolu seçilir.
EKSPRESS.AZ