Bu gün hava buludlu, əsasən yağmursuz keçəcək
15:17 08-09-10
Bu gün paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz şimal-qərb küləyinin cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gündüz 30-33 dərəcə, gecə 20-24 dərəcə olacaq. Ekologiya və təbii sərvətlər nazirliyindən verilən məlumata görə, bölgələrdə isə axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 31-36, dağlarda isə 25-30 dərəcə olacaq.
EKSPRESS.AZ