24 Iyul 2010-cı il N 132(3021)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8821)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5617)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5516)
Əzrayılın bala paylamaqlığı (5494)
Kölgənin kölgəsi (5465)
Seçki kəşfləri (5410)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Nəhayət ki Nabukko layihəsində irəliləyiş əldə edilib
09:40 07-09-10
Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Nabukko qaz kəməri layihəsinin qiymətləndirilməsi prosesinin başlanmasına dair mandat məktubu imzalayıblar.

   

   Bu, kəmərin tikintisinin maliyyələşdirilmsəi üçün lazım olan 4 milyard avronun ayrılmasına doğru bir addım deməkdir. Yəni bu beynəlxalq maliyyə qurumları həmin məbləğin ayrılması üçün layihənin qiymətləndirilməsinə başlayacaqlar.

   

   Nabukko qaz kəməri Avropa İttifaqının qaz ehtiyatlarının təmin olunması üçün mühüm layihə hesab olunur.

   

   Maliyyə qurumları tərəfindən belə bir addımın atılması Nabukko layihəsi üçün nə deməkdir?

   

   Biz bu sualla Nabukko Qaz Kəməri şirkətinin sözçüsü Kristian Dolejala müraciət etdik:

   

   Bu məktubun imzalanması Nabukko layihəsi üçün çox mühüm bir məqamdır, çünki bu layihənin yeni mərhələyə daxil olması deməkdir. Bu o deməkdir ki, Dünya Bankı, Avropa Bankı, Avropa İnvestisiya bankı kimi ən iri maliyyə təsisatları layihədə iştiraklarını təsdiq edirlər.

   

   Söhbət 4 milyard avroya kimi bir məbləğin layihəyə ayrılmasından gedir və bu məbləğin ayrılması üçün dəyərləndirmə prosesi başlayır. Buna görə də mandat məktubunun imzalanması Nabukko layihəsinin reallaşdırılmasında çox mühüm bir addımdır.

   

   Sual: Bəli, irəli doğru addımdır, amma bundan sonra siz nəyə nail olmağa ümid edirsiz?

   

   Növbəti addım layihəyə dəstək razılığının imzalanmasıdır. Bu sentyabrın sonu, oktyabrın əvvəllərinə nəzərdə tutulur.Bu hüquqi baxımdan mühüm irəliləyiş olacaq. Biz hazırda "açıq mövsüm" prosesinə hazırlıq işləri aparırıq ki, bu da çox vacib bir səddin aşılması olacaq.

   

   Bütün bunlar bizim konsortsiumun səhmdarlarının öz aralarında apardıqları, eləcə də təchizatçı dövlətlərlə aparılan danışıqlarından asılı olacaq. Bu sahədə də yaxın aylarda tərəqqinin əldə ediləcəyini gözləyirik.

   

   Sual: Amma Azərbaycan bu yaxınlarda öz qazının daha da böyük hissəsini Rusiyaya satmağa razılıq verib. Bu sizin planlarınıza təsir edirmi, apardığınız işlərin sürətini artırmağa səbəb olurmu?

   

   Yox, bu Nabukkoya dair planlarımıza təsir etmir. Dediyim ki, səhmdarlar təchizatçı dövlətlərlə danışıqlar aparır, biz isə infrastruktur kimi, təminatçı kimi təchizat məsələlərinə dair danışıqlarda iştirak etmirik.

   

   Lakin təbii ki, hər bir tərəf öz bazarına satır və başa düşüləndir ki, Azərbaycan başqa partnyorlarına qaz satır. Amma Nabukko layihəsi üçün tələb olunan qaz həcmləri bundan xeyli böyükdür. Biz bilirik ki, Şahdəniz qaz yatağındakı ehtiyatlar nəhəngdir.

   

   Bizim Şahdəniz yatağından almağa ümid etdiyimiz qaz həcmləri yerindədir, buna görə də Azərbaycanın qaz sövdələşmələrinin bizim layihəyə təsiri yoxdur.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws