Britaniyada xarici tələbələrə yer qalmayıb
12:10 08-09-10
Britaniyanın immiqrasiya naziri Demyen Qrin ölkədə təhsil almaq icazəsinə malik xarici tələbələrin sayının nəzarət altından çıxdığını bildirib.
O xəbərdarlıq edib ki, Britaniyaya gələn "hər bir qanuni tələbənin qanuni təhsil kursuna yazılmasını" təmin etmək üçün yeni qaydaların qəbul edilməsi tələb olunur.
Onun bu çıxışından əvvəl hökumətin sifarişi ilə aparılmış bir araşdırma göstərib ki, Avropa İttifaqının xaricindən Britaniyaya təhsil almağa gəlmiş hər beş xarici tələbədən biri beş il sonra hələ də ölkədə qalmaqdadır.
Bundan əlavə immiqrasiya naziri Britaniyaya heç də ən yaxşı tələbələrin gəlmədiyini bildirib. Onun sözlərinə əsasən, tələbə vizalarının yalnız yarısı universtitet kursları üçün nəzərdə tutulub.
Bütün bunlar, BBC-nin daxili məsələlər üzrə müxbiri Dənni Şounun dedyinə görə, nazirin tələbə immiqrasiyası sahəsində islahatları prioritet etməsinə səbəb olub.
Milli Statistika İdarəsinin açıqladığı rəqəmlərə əsasən, 2009-cu ildə Britaniyaya mühacirət 196 min nəfərə çatıb. Bu da əvvəlki illə müqayisədə 33 min adam çoxdur.
Tələbələrə verilən vizaların sayı isə 35 faiz artıb.
EKSPRESS.AZ