24 Iyul 2010-cı il N 132(3021)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8821)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5617)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5516)
Əzrayılın bala paylamaqlığı (5494)
Kölgənin kölgəsi (5465)
Seçki kəşfləri (5410)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
800-dən çox İranlı ictimai xadim azərbaycanlı siyasi məhbusların azadlığını tələb edir
12:52 08-09-10
İranın 808 nəfər türk, fars, ərəb, kürd, bəluc və digər etniklərdən olan ictimai xadimi İran Azərbaycanından olan siyasi məhbusların azadlığını tələb edən açıq məktubla çıxış edib. Bu müraciəti HARANA, Savalan səsi, Rahi Karigər kimi xəbər saytları, Azərbaycan Demokrasi Ocağı və başqa türk və fars saytları yayıblar.

   

   Sənədə imza atanların əksəriyyəti hüquq müdafiəçiləri və ya tanınmış siyasi fəallardır. Açıq məktubu imzalayanlar arasında tanınmış azərbaycanlı yazıçı doktor Rza Bərahini, universitet müəllimi doktor Əlirza Əsgərzadə, Kanadada qəzet redaktoru Həsən Zerehi, tanınmış jurnalist Nuşabə xanım Əmiri, mühacirətdə yaşayan Fəriyba xanım Davudi Mühacir, Məhbubə xanım Abbasquluzadə və Əxtər xanım Qasımı kimi jurnalistlər və ədliyyə vəkili Asya xanım Əmini də var.

   

   Müraciəti imzalayanlar siyasi məhbusların azadlıqlarını tələb etməklə yanaşı, İranda azərbaycanlıların dil, mədəni, siyasi, iqtisadi və ictimai tələblərini himayə etdiklərini də bildirib. "Demokratiya uğrunda mübarizə məmləkətin müxtəlif etniklərinin əsas haqlarının himayəsindən kənarda ola bilməz. Biz, İranın mərkəzi hökumətlərinin ayrıseçkilik siyasətini qəti şəkildə məhkum edirik", - deyə müraciətdə qeyd edilir.

   

   Müraciəti imzalayanlar İranın dini rejiminə qarşı mübarizə edən siyasi qurumlara işarə edərək yazır ki, "diktatorluq ilə mübarizədə, türklər, kürdlər, ərəblər, türkmənlər, bəluclar və digər etniklərin haqlarını görməməklə müvəffəqiyyətli sonluğa çatmaq olmaz".

   

   Sənədi imzalayanlar işgəncənin bütün formalarını, mənəvi və psixoloji təzyiqləri, təhqirləri, məhbusların haqlarının pozulmasını məhkum edir. Onlar müstəqil media və insan haqları təşkilatlarından xahiş edirlər ki, məhbuslarla bağlı xəbərlərin ictimai diqqətə çatdırılmasına çalışsınlar.

   

   "Azərbaycanlı siyasi məhbusların hüquqlarını müdafiə kampaniyasının iştirakçıları məhbusların qeyd - şərtsiz azadlığa buraxılmasını tələb edir"- deyə imza kampaniyasında iştirak edən ictimai xadimlər bildirir.

   

   Müraciətdə deyilir ki, bu ilin yazından başlayaraq İran-Azərbaycanının mədəni və kültür azadlıqları uğrunda mübarizə aparan onlarla fəal Təbriz, Tehran, Kərəc, Urmiyə, Ərdəbil, Miyandab, Maku, Kəleybər, Meşkinşəhər, Xoy, Sofyan və digər şəhərlərdə tutularaq həbsə atılıb.

   

   Tutulanlardan bir hissəsi zəmanətlə azad olunsalar da, qadın haqları fəalları Həmidə Fərəczadə və Zəhra Fərəczadə, mədəni və milli fəallar Əkbər Azad, Həsən Rəhimi Bəyat, Hüseyn Nəsiri, doktor Əlirza Abdullahi, doktor Lətif Həsəni, mühəndis Mahmud Fəzli, mühəndis Şəhram Radmehr, Ayət Mehrəlibəyli, Behbud Quluzadə, Aydın Xaceyi, Bəhmən Nəsirzadə, Heydər Kərimi, Nəim Əhmədi, Yunis Süleymani, Şükrullah Qəhrəmanifard üç ay bir adamlıq kamerada saxlanılıb. Bundan əlavə, Səid Mətinpur, Əli Abbasi, Vədud Səadəti, Rəhim Qulami və Behruz Əlizadə kimi fəallar ötən ildən həbsdədir. Son günlərdə isə Haniyə xanım Farşi Şotorban tutulub.

   

   İctimai xadimlər iddia edir ki, həbslər məhkəmə hökmü əsasında həyata keçirilməyib. "Həbs edilənlər bir nəfərlik kameralarda saxlanıb və onlara çox vaxt vəkil tutmağa imkan verilməyib. Həbsdəkilərin bəziləri ağır işgəncələr altındadır, onlara ailələri ilə görüşə və ya telefon əlaqəsi saxlamağa imkan verilmir", - deyə açıq məktubda qeyd edilir.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws