27 Iyul 2010-cı il N 133(3022)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8821)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5617)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5516)
Əzrayılın bala paylamaqlığı (5494)
Kölgənin kölgəsi (5465)
Seçki kəşfləri (5410)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
Dünyanın ən uca bayraq dirəyinin müəllifi danışdı
10:22 07-09-10
"Bakıda hündürlüyü 162 metr olan bayraq tikintisi layihəsini işləyib hazırlamaq üçün şirkətimiz iki ildən çox vaxt sərf edib". Bunu sentyabrın 1-də Bakıda açılış mərasimi olan Azərbaycan bayrağının layihəsini hazırlayan "Trident Support" şirkətinin baş direktoru Devid Çambers AzərTAc-a müsahibəsində deyib. Onun sözlərinə görə, Bakıda ucaltdılan bayraq dirəyi bu sahədə əvvəlki dünya rekordu (133 metr) ilə müqayisədə təxminən 30 metr və ya 22 faiz çoxdur: "Bu sahədə dünya rekordunun artması prosesi aşağıdakı ardıcıllıqla qeydə alınmışdır: Əbu-Dabidə 123 metr, Əmmanda 126 metr, yenə Əmmanda 132 metr, Aşqabadda 133 metr. Gördüyünüz kimi, hündürlükdə son fərq sadəcə olaraq çox böyükdür. Biz ilk növbədə Bakının küləklər şəhəri olması amilini nəzərə almışıq. Bununla əlaqədar, bayraq dirəyinin tikintisi ilə bağlı mühəndis hesablamalarında və araşdırmalarda ən yeni texnologiyalar tətbiq edilmişdir. Bunun sayəsində bayraq dirəyi küləyin sürəti saatda 209 kilometr və ya saniyədə 58 metr olacağı hallar üçün davamlıdır".

   

   Devid Çambers böyük bayraqlara qulluq edilməsi üzrə xüsusi tələblərdən də danışıb: "Bakıdakı Dövlət Bayrağı Meydanında asılan bayraq havada dalğalanan bütün bayraqlar arasında rekordçudur. Yəni bu, sadəcə böyük bayraq deyil, çox nəhəng bayraqdır. Bayraqlara dair tələblər məsələsinə gəldikdə isə, bayraqların hazırlanması üçün materialların iki tipi var - nisbətən yüngül və əlvan naylon və daha ağır, daha möhkəm poliester. Naylon bayraq sərt küləkli hava şəraitində istismara davam gətirmir, poliester bayraq isə sakit havada dalğalanmır. Buna görə də bayraq dirəklərinin operatorlarının sərəncamında həmişə istər naylon, istərsə də poliester materialdan hazırlanmış bir neçə bayraq dəsti olmalıdır. Biz Bakıdakı layihəni təhvil verərkən göstərmişik ki, güclü külək zamanı hər hansı materialdan olan bayraqları endirmək məsləhətdir. Bildiyiniz kimi, küləyin sürəti saniyədə 20 metr olduqda bu cür külək qasırğa hesab edilir. Bununla əlaqədar, dəniz səviyyəsində və 162 metr hündürlükdə küləyin sürəti arasındakı fərqi xüsusi qeyd etmək istərdim. Adətən, hündürlükdə küləyin sürəti saniyədə 6-8 metr çox olur. Beləliklə, küləyin sürəti saniyədə 20 metrdən çox olduqda bayraq endirilməlidir. Bu, dünyada istifadə edilən bütün bayraqlar üçün tamamilə normal haldır. Yalnız bu yolla hər bir bayrağın uzunömürlü olmasını təmin etmək mümkündür".

   

   Qeyd edək ki, Dövlət Bayrağı Meydanındakı Azərbaycan bayrağı 162 metr hündürlüyündə bayraq dirəyi üzərində dalğalanır. Bu, dünyada ən uca bayraq dirəyidir. 2010-cu il mayın 29-da "Ginnesin rekordlar kitabı" təşkilatı Azərbaycan Dövlət Bayrağının dirəyinin dünyada ən uca bayraq dirəyi olmasını təsdiqləyib. Amerikanın "Trident Support" şirkəti tərəfindən işlənib hazırlanmış layihəni Azərbaycanın "Azenko" şirkəti həyata keçirib.

   

   ESKPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws