Kondaliza Raysın Gürcüstana qəribə səfəri
10:35 07-09-10
İndi Gürcüstanda ən çox müzakirə olunan məsələ ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın bu ölkəyə səfəridir. Gürcüstan hakimiyyəti istefada olunan siyasətçilər və müxtəlif eksperğləri postsovet məkanında demokratiyanın vəziyyətini müzakirə etmək üçün bir araya gətirdi. Keçmiş dövlət katibi Batumiyə getsə də, onun səfəri gözlənilən məcrada davam etmədi. Kondoliza Raysın Batumidən Tiflisə gedəcəyi və prezident Mixail Saakaşvili ilə görüşəcəyi gözlənilirdi. Lakin o Batumidə cəmi bir saat qalıb və dərhal İrlandiyaya yola düşüb.
Kondodiza Raysın planındakı dəyişikliklərlə bağlı məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb. Yeri gəlmişkən, forumda keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun da iştirak edəcəyi planlaşdırılırdı. Lakin onun köməkçiləri bildiriblər ki, eks-prezidentin belə planı olmayıb.
EKSPRESS.AZ