BQXK şəhid zabitlə bağlı Ermənistana müraciət edib
15:13 08-09-10
Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi döyüş bölgəsində şəhid olan Azərbaycan ordusunun zabiti Fərid Gülağa oğlu Əhmədovun meyitinin geri qaytarılması ilə bağlı Ermənistan tərəfinə müraciət edib. Qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynovanın verdiyi məlumata görə, şəhid olmuş zabitin ailəsi meyitin geri qaytarılması ilə bağlı Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciət edib. Həmin müraciət əsasında da komitə qurumun Ermənistandakı nümayəndəliyinə müraciət edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri sentyabrın 4-də cəbhənin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında Azərbaycan ordusuna qarşı qəfil hücuma keçib. Atışma zamanı bir döyüşçümüz, 1986-ci il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədov ermənilərə yaxın təmas xəttində şəhid olub. Onun meyitini götürmək mümkün olmayıb.
EKSPRESS.AZ