ATƏT-dən reaksiya gəldi
10:40 07-09-10
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev son vaxtlar qoşunların təmas xəttində baş verən hadisələrlə bağlı bəyanat verib. O, insan ölümünə səbəb olan hadisələri qınayıb.
"Hər iki tərəfdə insan ölümü faktlarının artması ciddi narahatlıq doğurur. Atəşkəs rejimini pozan istənilən hadisə Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə xələl gətirir və konstruktiv dialoqun aparılması imkanlarını məhdudlaşdırır",- deyə onun bəyanatında qeyd edilib.
ATƏT-in fəaliyyətdə olan sədri sentyabrın 6-da həmsədrlərin münaqişə tərəflərinə təmkinlik göstərməyə, atəşkəs haqda anlaşmaya əməl etməyə və biri-birini ittiham edən bəyanatlardan çəkinməyə dair çağırışlarını dəstəkləyir.
"Həmsədrlərin payızda ATƏT-in Astanada keçiriləcək sammiti öncəsi Qarabağ münaqişəsinin nizamlanmasının intensivləşməsi üzrə səyləri münaqişə tərəflərinin irəliləyişin əldə olunmasına maraqlı olacağı təqdirdə nəticə verəcək", - deyə sənəddə vurğulanıb.
EKSPRESS.AZ