29 Iyul 2010-cı il N 135(3024)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8811)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5464)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in Astana sammitinə hazırlaşır
12:30 08-09-10
ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Robert Bradke, fransalı Bernar Fasye, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ətrafında fikir mübadiləsi aparıb.

   

   Xatırladaq ki, bu ilin iyunundan başlayaraq Ermənistan-Azərbaycan cəbhəsində bir neçə silahlı insident qeydə alınıb. Son insident isə avqustun 30-da olub. Bütün hallarda hər iki tərəfdən hərbiçilər həlak olub.

   

   Həmsədrlərin yaydığı bəyanatında deyilir ki, həmsədrlər "atəşkəs rejiminin möhkəmləndirilməsi üçün zəruri olan əlavə tədbirlərin" müzakirəsi məqsədilə sentyabrın 6-dan 10-dək regiona səfər edir.

   Sentyabrın üçüncü həftəsində həmsədrlər Vaşinqtona, sonra isə Nyu-Yorkda olacaq. Məqsəd BMT-nin Baş Assambleyasının kuluarlarında tərəflərlə iş aparmaqdır.

   Sentyabrın sonlarından oktyabrın ortalarına kimi həmsədrlər Dağlıq Qarabağa bitişik ərazilərdə humanitar vəziyyətə əməl olunmasının qiymətləndirilməsi üçün regiona qayıdacaq.

   BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri daxil olmaqla, yüksək səviyyəli qrup həmsədrləri müşayiət edəcək və bu, onların həmin ərazilərdə ilk beynəlxalq missiyası olacaq.

   Bundan sonra Minsk qrupunun həmsədrləri Vyanada işləri barədə hesabat verəcək, Astanada keçiriləcək ATƏT sammitinə hazırlıqla məşğul olacaq.

   Həmsədrlər bütün tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, yerlərdə təmkinlik göstərməyə, irəliləyişə nail olmaqdan ötrü kompromis ruhunun möhkəmləndirilməsi üçün mümkün olan hər şeyi etməyə, kəskin bəyanatlardan çəkinməyə, həmçinin ciddi dialoqun başlanması ilə bağlı siyasi iradə nümayiş etdirməyə çağırıb. "Həmsədrlər cəbhə xəttində baş vermiş son insidenti qətiyyətlə pisləyir, adamların əbəs yerə ölümündən təəssüfləndiklərini bildirir", - deyə bəyanatda qeyd edilir.

   

   ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxstanın xarici işlər naziri Kanat Saudabayev də Ermənistan-Azərbaycan cəbhəsindəki son insidentlərlə bağlı bəyanatla çıxış edib. "Qarabağ münaqişəsinin təmas xətti boyunca atəşkəs haqqında sazişin bu yaxınlarda pozulmasını qətiyyətlə pisləyirəm. Hər iki tərəfdən qurbanların sayının artmasından narahatam.

   Qeyd edirəm ki, atəşkəs haqqında sazişin pozulması daha konstruktiv dialoq üçün imkanları məhdudlaşdırır və Minsk Konfransı çərçivəsində danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər. Bununla əlaqədar olaraq, münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə və açıq-aşkar təhriklərdən çəkinməyə çağıran ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını dəstəkləyirəm.

   Astana sammitinə qədər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri yalnız o halda uğurlu olar ki, bütün münaqişə tərəfləri irəliləyiş əldə edilməsinə həqiqətən maraq göstərsinlər", - deyə bəyanatda qeyd edilib.

   

   EKSPRESS.AZ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws