
Türkiyə prezidenti Abdulla Gül Azərbaycana səfər edəcək. Türkiyənin dövlət naziri Zəfər Çağlayan bildirib ki, səfər zamanı müxtəlif məsələlərlə yanaşı, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi məsələsi də müzakirə ediləcək.
Səfərin gələn ay baş tutacağını qeyd edən dövlət naziri həmin səfər çərçivəsində viza rejiminin ləğv ediləcəyinə ümidvar olduğunu vurğulayıb.