30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Erməni ordusunda atışma
Əsgər 4 zabiti öldürdü, sonra da özünü vurdu

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində insident baş verib. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, odlu silahın tətbiq edildiyi insident nəticəsində ölənlər var.

   Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir ki, hadisə iyulun 28-də N saylı hərbi hissədə baş verib: "Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır. Silahlı Qüvvələrin rəhbərliyi ölənlərin yaxınları və qohumlarına dərin hüznlə başsağlığı verir və bildirir ki, müvafiq qurumlara insidentin bütün təfərrüatlarını aydınlaşdırmaq tapşırılıb".

   Nazirlik insidentin səbəbləri və ölənlərin sayı barədə məlumat verməyib.

   Helsinki Assosiasiyasının Vanadzor nümayəndəliyinin rəhbəri Artur Sakunts "Armenia Today" agentliyinə bildirib ki, baş vermiş silahlı insident nəticəsində 5 hərbçi həlak olub.

   Ölənlərdən 4-ü zabit, 1-i isə əsgərdir.

   Hüquq müdafiəçisi bunu ilkin məlumat kimi təqdim edib və əlavə dəqiqləşdirməyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, zabitlər postda yatmış əsgərləri oyadaraq, onları təhqir etməyə və alçaltmağa başlayıblar. Əsgərlərdən biri buna dözməyərək, avtomatı götürüb, atəş açmağa başlayıb, sonra isə özünü vurub. "Bundan artıq heç nə deyə bilmərəm. İnformasiyanı dəqiqləşdirməyə davam edirəm", - deyə Sakunts bildirib.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws