30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Azərbaycanlı milyarder Avropada senator oldu

Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvü, sonra isə senatoru seçilib.

   Qərar bu qurumun rəhbərliyi tərəfindən iyulun 15-də verilib. Sənaye Palatası Avropa İqtisadi Maraqlar Qrupunun (EEİG) formatı əsasında təsis edilən nəhəng və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatıdır. Sənaye Palatası Avropa İqtisadi Birliyi Şurasının 25 iyul, 1985-ci il tarixli qərarı ilə təsis olunub. Bu qurum Brüsseldəki Kommersiya Məhkəməsi tərəfindən rəsmi qeydiyyata alınıb və Avropa məkanında hüquqi şəxs kimi çıxış edir.

   EEİG-in yaradılmasının əsas təşəbbüskarı Avropa iqtisadiyyatının özəl sektorudur. Bu qurumun məqsədi Avropa Birliyi ölkələri hökumətlərinin siyasi, iqtisadi, sosial və mədəni-humanitar məqsəd və vəzifələrini dəstəkləməkdir. Təşkilatın adı Avropa Birliyinin ticarət markası kimi müdafiə olunur. Avropa hökumətinin rəsmi məsləhətçisi olan EEİG-in missiyası həm Avropa Birliyi ölkələrinin daxili bazarında, həm də Avropa Birliyi ölkələri ilə digər ölkələrin işgüzar dairələrinin münasibətlərində vasitəçi olmaqdır.

   Xatırladaq ki, Rusiyanın ən nüfuzlu və varlı adamlarından olan F.Əhmədov 1955-ci ildə Göyçayda doğulub. 15 yaşında Rusiyaya gedən soydaşımız orada biznes və siyasi fəaliyyət sahəsində parlaq karyera əldə edib. Rusiyada Skryabin adına Veterinarlıq Akademiyasını və Qubkin adına Neft İnstitutunun aspiranturasını bitirib, bir müddət dövlət idarələrində işləyib. 1985-ci ildə özəl bizneslə məşğul olmağa başlayıb. Az sonra Böyük Britaniyaya mühacirət edib və Londonda nüfuzlu Yüksək İqtisadiyyat Məktəbinə daxil olub. Elitar iqtisadi təhsil alandan sonra neft biznesinə keçib. Londonda "Tansley Trading Ltd." adlı şirkət təsis edib. Bu şirkət "Qazprom"un tərəfdaşlarından olub. 1989-cu ildə ABƏŞ-in yaradılmasının əsas ideoloqlarından biri kimi çıxış edib, "Amoco Eurasiya" və "McDermott" neft şirkətlərini bu layihəyə cəlb edib.

   Rusiyaya qayıdan soydaşımız 1993-cü ildə özəl neft şirkəti - "Nortgaz" QSC-ni qurub. Şirkət Rusiyanın Yamal-Nen Muxtar Vilayətindəki iri neft-qaz yataqlarından olan Şimali Urenqoy yatağının işlənməsində operator olub. F.Əhmədov fəal siyasətlə məşğuldur və kifayət qədər yüksək siyasi titul daşıyıb. 2004-2009-cu illərdə parlamentin yuxarı palatasının - Rusiya Federasiya Şurasının üzvü (senator) olan F.Əhmədov bundan əvvəl də Federasiya Şurasında Krasnodar vilayətini təmsil edib. Rusiyada və dünyada senator olan ilk azərbaycanlıdır. Hazırda "Nortgaz" şirkətinə rəhbərlik edən F.Əhmədovun sərvəti 1 milyard dollardan yuxarı hesablanır. Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycanda Göyçay nar emalı zavodunun əsasında yaradılan "Aznar" şirkətinin sahibidir.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws