Həmsədrlər
sentyabrda
gələcəklər
Vasitəçilərə görə,
danışıqlarda
"kompromis ruhu"
çatışmır
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) iyulun 28-də Avstriyanın paytaxtı Vyanada Minsk qrupunun üzvləri ilə görüşüblər.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlardakı son inkişaflar, iyunun 17-də Sankt- Peterburqda keçirilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü, iyulun 17-də keçirilən Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü və həmsədr ölkələrinin Muskoka və Almatıda etdiyi birgə bəyanatlar haqqında Minsk qrupunu məlumatlandırıblar.
Həmsədrlər hesab edirlər ki, münaqişə tərəflərinin indiyə kimi etdiyi cəhdlər ziddiyyətləri aradan qaldırmaq üçün kifayət etməyib və atəşkəs rejiminin möhkəmləndirilməsi, kompromis ruhunun nümayiş etdirilməsi üçün əlavə tədbirlər görülməlidir.
"Tərəflərin səylərinə yardım etmək üçün həmsədrlər sentyabr ayının əvvəllərində regiona səfər etmək niyyətindədirlər", - deyə görüşlə bağlı bəyanatda bildirilir.
Elvin