30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"Hasara dırmaşanı döyərlər də..."
Jurnalistin döyüldüyü villa kimə məxsusdur?

Xəbər verdiyimiz kimi, iyulun 28-də "Yeni Müsavat" qəzetinin müxbiri Elmin Bədəlov Mərdəkanda döyülüb. Hadisə jurnalistin Mərdəkandakı dəbdəbəli imarətlərin şəklini çəkərkən baş verib.

   Elmin Bədəlovun dediyinə görə, imarətin şəklini çəkən vaxt yanında dayanan bir maşından düşən idmançı görkəmli şəxslər onu vurublar. Daha sonra onu şəkilini çəkdiyi villanın arxa tərəfinə aparıblar. "Ordakı söhbət zamanı anladıq ki, villa Ziya Məmmədova məxsusmuş. Bizə dedilər ki, qanunsuz şəkil çəkmisiz, bura önəmli yerdir, burda terror baş verərsə, külək tərs əsərsə, siz cavabdehsiz".

   Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə "Azadlıq" radiosuna bildirib ki, həmin imarətin Ziya Məmmədova məxsusluğu haqda heç nə deyə bilməz. O, sadəcə, nazirliklə bağlı sualları cavablandırır. Amma o da bu fikirdədir ki, jurnalistin iş başında döyülməsi yaxşı hal deyil: "Hər halda, bu işi hüquq-mühafizə orqanları araşdırmalı və son sözü də onlar deməlidirlər. Yəqin o zaman başqa suallar kimi həmin imarətin kimə məxsusluğu kimi suala da aydınlıq gələr".

   Dünən hadisənin baş verdiyi yerdə çəkiliş aparan bir qrup jurnalistə villanın nəqliyyat nazirinə yox, bir əcnəbiyə aid olduğu deyilib. Amma az sonra Elçin Quliyev adlı şəxs zəng edərək özünü həmin evin sahibi kimi təqdim edib və Ziya Məmmədovun sadəcə, qonşusu olduğunu söyləyib. Mühafizəçilərsə Elmin Bədəlovun təxminən 7 metr hündürlükdə olan hasara dırmaşdığını deyiblər: "Hasara dırmaşanı döyərlər də"...

   Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, qəzet əməkdaşı döyülməsi ilə bağlı polisə müraciət etməyib. Bu üzdən də araşdırma başlanmayıb:

   "Qanunda deyilmir ki, jurnalist döyüləndə neyləmək lazımdır. Vətəndaş döyülübsə, rəsmi qaydada aidiyyatı qurumlara müraciət etməlidir".

   "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə dünən daxili işlər nazirinə və Xəzər rayon Polis İdarəsinin rəisinə rəsmi şəkildə müraciət etdiyini bildirir. Ehsan Zahidovun sözlərinə görə, əgər məktub yazıblarsa, araşdırılıb müraciət müəlliflərinə cavab veriləcək. O həmçinin KİV-dən gələn müraciətlərə diqqətlə yanaşıldığını da söyləyir.

   Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının sözlərinə görəsə, jurnalistin çəkilişinə yalnız o zaman qadağan qoyula bilərdi ki, bu şəkillər şəxsi həyatla bağlı gizli məlumatın yayılmasına xidmət edəydi. O ki qaldı terror təhlükəsi olduğu üçün mühafizəçilərin işə qarışmasına, R.Hacılı deyir ki, bu, sadəcə bəhanəyə bənzəyir. Hətta belə bir təhlükə olsa belə onu izah etməyin yolları var.

   Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, məsələ bir qədər mürəkkəbdir. Əvvəlcə müəyyənləşdirilməlidir ki, ev kimə aiddir: "İctimai fiqurun və ya tanınan, diqqət mərkəzində olan şəxslərin özəl həyatı başqaları ilə müqayisədə qanunla az qorunur. Bu halda çəkiliş mümkündür. Amma tanınmayan şəxsdirsə onun icazəsi olmadan foto çəkmək olmaz".

   Amma hüquqşünas deyir ki, bu halda belə jurnalisti döymək lazım deyildi, sadəcə, hüquq-mühafizə orqanlarına müraciət edilməliydi. Və polis vəziyyəti aydınlaşdırmalıydı. İndiki halda isə jurnalistə fiziki xətər yetirilib və onun işinə mane olunub. Buna görə də Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə iş açılmalıdır".
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws