30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
6 ayda HİV-ə yoluxanların sayı 248 nəfər artıb
Bölgələrdə virusa yoluxmanın əsas səbəblərindən biri maarifləndirmənin zəif olmasıdır

Hazırda dünyada 33 milyondan çox HİV-ə yoluxmuş insan yaşayır. Hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən çox insan isə AİDS xəstəliyindən dünyasını dəyişir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olmasına baxmayaraq, burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb.

   Respublika Narkoloji Dispanserinin şöbə müdiri Afət Məmmədovanın "Ekspress"ə bildirdiyinə görə, hazırda dispanserdə 23927 xəstə qeydiyyatdadır ki, onlardan da 18 mini daimi müalicə götürən, 5927-i isə profilaktik müalicə alanlardır. Qeydiyyatda olan xəstələrin 420 nəfəri qadındır (onlardan 5 nəfəri 17 yaşına kimi, digərləri isə 18-40 yaş arasında olanlardır). Həmsöhbətim hesab edir ki, göstərilən rəqəmləri nəzərə alsaq, Azərbaycanda HİV-ə yoluxma təhlükəsi daha çoxdur.

   QİÇS-lə Mübarizə Mərkəzinin ictimaiyyətlə əlaqələr və profilaktika şöbəsinin rəhbəri Səbinə Babazadənin sözlərinə görə, Azərbaycanda təkcə 2010-cu ilin 6 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 58,5 faizi, ümumilikdə isə 1987-ci ildən bu il iyulun 1-nə qədər olan dövrdə bütün yoluxma hallarının 62,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Belə ki, 2010-cu ilin birinci yarısında Azərbaycanda 248 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 240 nəfəri (96,8 faiz) Azərbaycan vətəndaşı, 8-i əcnəbi vətəndaşdır. Bu dövr ərzində QİÇS mərhələsinə keçənlərin sayı 104 nəfər (101 azərbaycanlı), HİV-dən dünyasını dəyişənlərin sayı 22 nəfər (21 azərbaycanlı) olub. Qeyd olunan 240 nəfər Azərbaycan vətəndaşından 52-si Bakıda və Abşeron rayonunda, 186-sı ölkənin digər 33 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir. Xəstəlik daşıyıcısı olan 42 nəfər bu virusa Azərbaycandan kənarda yoluxub.

   Qeyd edək ki, bu ilin birinci yarısının yekunlarına görə, ən çox HİV-ə yoluxma halları Şirvan-Hacıqabul rayonlarının payına düşür. Həmsöhbətim bunu rayonlarda əhalinin maariflənmə işinin zəif olması əlaqələndirir. "Əhali bölgələrdə məlumatsız olduğu üçün nə edəcəklərini bilmirlər. Məhz bu üzdən yoluxmaların ən çox hissəsi bölgələrin payına düşür".

   

   
İRADƏ
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws