30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (269)
Dünən şeş, bu gün beş?! (261)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (236)
Axundun bazlığı (230)
Məsciddə eşq macərası... (225)
Nostalji (222)
Petrik fenomeni (174)
Ulduzu barışmayacaq partiyalar (161)
Son sözü əvvəldə deyənlər (159)
Kimdir qeyri-ciddi siyasətçi? (155)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Benzin bahalaşacaq?
Ekspert bu il olmasa da, gələn il benzinin qiymətinin artacağını istisna etmir

Rusiya benzinin qiymətini qaldırdı. RF hökumətinin qərarına əsasən, 1 litr benzinin qiyməti 3 rubl artırılıb. Azərbaycanda da benzinin qiymətinin bahalaşdırılması mümkün sayılır. Xüsusən Avro-2 standartlarına keçiddən sonra qiymət artımının qaçılmaz olduğu bildirilir. Maraqlıdır, qonşu ölkədə benzinin qiymətinin artması Azərbaycanda da belə bir addımın atılmasına təsir edə bilərmi?

   İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, benzinin bahalaşacağı - 1 litr benzinin qiymətinin 1 manata qaldırılacağı yönündə məlumatlara baxmayaraq, Dövlət Neft Şirkəti (ARDNŞ) qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib":Avro-2 standartının tətbiqindən sonar benzinin qiymətinin artırılacağı yönündə narahatçılıq da təsdiqlənmədi. İyul ayının 1-dən sözügedən standartlara keçid hər hansı qiymət artımı barədə qərarın qəbuluna yol açmadı".

   Bununla belə, benzinin qiymətinin yaxın zamanlarda artırılıb-artırılmayacağı müzakirə edilən məsələlərdəndir. Ekspert deyir ki, Azərbaycanda benzinin qiymətinin artırılması iki faktorla bağlıdır: "Avro-2 standartlarının tətbiqi ölkədə istehsal olunan benzinin maya dəyərinə təsir göstərmir. Çünki, ARDNŞ-nin məlumatına görə, Azərbaycanda istehsal olunan benzin Avro-2 standartlarına uyğundur. Eyni zamanda, neftin dünya bazar qiyməti hələlik Azərbaycanda benzinin qiymətinin artımına iqtisadi zəmin yaratmır. Belə ki, hazırda 1 barel neftin qiyməti dünya bazarında 70-80 dollar intervalında dəyişir".

   Bununla belə, ölkədə benzinin qiymətinin artırılmasının gündəmdən çıxmadığını söyləyən Bayramov buna əsas kimi bir sıra səbəblər gətirir: "2010-cu ildə Avro-3 standartının tətbiqi gözlənilmir. Növbəti aylarda neftin dünya bazar qiymətinin kəskin artımı da proqnozlaşdırılmır. Azərbaycanda "Avro-2"dən yüksək standartlara keçilərsə, bu addım benzinin maya dəyərinin artmasına, eləcə də maya dəyərinin strukturunda dəyişikliklərə gətirib çıxaracaq. Bu baxımdan 2010-cu ilin növbəti aylarında benzinin qiymətində artımların olacağı proqnozlaşdırılmır. Lakin yenə də bildirirəm ki, bu heç də benzinin qiymətinin artırılması məsələsinin gündəmdən çıxması demək deyil".

   İqtisadçı-ekspert monitorinqlərin 2011-ci ilin əvvəllərində benzinin qiymətinin artırılması məsələsinin gündəmə gətirilmə ehtimalının böyük olduğunu göstərdiyini deyir: "Gələn ildən daha yüksək Avro standartlarının tətbiqi ilə bağlı qərarın verilməsi gözlənilir. Bununla da benzinin xərc strukturunda dəyişikliklər olacaq. Digər tərəfdən neftin dünya bazar qiymətinin 70-80 dollar intervalı da Azərbaycanda benzinin maya dəyərinə təsir göstərəcəyindən ilin əvvəlində benzinin qiymətinin qaldırılması istiqamətində qərarın verilməsi ehtimalı böyükdür".

   Bu arada rəsmi statistikaya əsasən, hazırda satılan benzinin maya dəyəri ilə satış qiyməti arasında fərq yoxdur. Mütəxəssis deyir ki, maya dəyərilə satış arasında fərqin az olması istehsal və satışla məşğul olan neft şirkətlərinin rəsmi gəlirlərinin artımına imkan vermir: "Bu faktorlar 2011-ci ilin yanvarından benzinin qiymətinin qaldırılacağı ilə bağlı ehtimalları gücləndirir. Güman olunur ki, Rusiyada benzinin qiymətinin qaldırılması yönündə qərarın qəbuluna baxmayaraq, yaxın aylarda Azərbaycanda benzinin qiyməti artırılmayacaq. Lakin 2011-ci ildə qiyməti tənzimlənən bir sıra məhsullarda gözlənilən artımlara benzinin qiymətindəki artımlar da daxil ola bilər".

   
B.Məmmədli
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws