30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Satqınlıq iddiası (275)
Dünən şeş, bu gün beş?! (262)
Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır (239)
Axundun bazlığı (230)
Nostalji (227)
Məsciddə eşq macərası... (226)
Kondisionerli zal axtarışı (178)
Petrik fenomeni (177)
İmpressionist etüd (173)
Ulduzu barışmayacaq partiyalar (168)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Türk şirkəti cərimələndi
SMPDK "Avto Baku in Gründüng Ltd." şirkətinin Azərbaycana avtohissələr idxal etməsinə qadağa qoydu

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Teymur Əliyev,54 ünvanında yerləşən "Avto Baku in Gründüng Ltd." MMC-yə məxsus ticarət müəssisəsində araşdırma aparıblar.

   Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədib və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməyiblər. Bununla əlaqədar, İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən "Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə" müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunub, müəssisə rəhbəri 4 min manat məbləğində cərimə olunub.

   Bununla yanaşı, müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilib.

   Çakar Özkan "Turan" bildirib ki, avtohissələr icbari sertifikatlaşma tələb etməsə də, şirkət son 3 ildə 18 Avropa ölkəsindən alınan malları sertifikatlaşdırıb. "Bu sertifikat üçün şirkət 350 manat ödəyib. SMPDK icbari sertifikatlaşma tələb edib və 2000 manat istəyib", - deyə Azərbaycanda 18 ildir çalışan türkiyəli sahibkar bildirib.

   Özkan həmçinin deyib ki, SMPDK əməkdaşları İqtisadi İnkişaf Nazirliyinin təmsilçilərinin iştirakı olmadan sahibkarlıq subyektlərində yoxlama apara bilməz. Üstəlik, qurumun əməkdaşları Nəzarət Kitabında yoxlama barədə qeydiyyat aparmayıb.

   Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı sahibkarın ittihamını rədd edib və bildirib ki, Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixli qərarı ilə ehtiyat hissələr mütləq sertifikatlaşdırılmalıdır.

   
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
27282930
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws