30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
"General Electric" rüşvət ittihamından pulla qurtuldu

"General Electric" korporasiyası İraqın rəsmi şəxslərinə rüşvət verməklə bağlı ABŞ hökumətinin ittihamlarından qurtulmaq üçün $23,5 milyon ödəməyə razılıq verib.

   ABŞ Qiymətli Kağızlar Komissiyasının (SEC) ittihamları GE ilə bağlı olan dörd şirkətlə əlaqədardır.

   "The New York Times" bildirir ki, GE-nin İraqa su təmizlənməsi və səhiyyə müəssisələri üçün avadanlıqların satılması ilə bağlı müqavilələri əldə etməsinə nail olmaq üçün həmiin şirkətlər İraqın Neft və Səhiyyə nazirliklərinin əməkdaşlarını rüşvətlə ələ almaqda suçlanırlar.

   GE həmin avadanlığı BMT-nin "Ərzaq əvəzinə neft" proqramı çərçivəsində satıb. 1996-2003-cü illərdə həyata keçirilən həmin proqram əslində İraqa qarşı sanksiyalardan ibarət idi. SEC bildirir ki, GE-nin şirkətləri 2000-2003-cü illərdə qanunsuz sxemləri reallaşdırıblar.

   Küveyti işğal edəndən sonra sərt iqtisadi sanksiyalarla üzləşmiş İraq hakimiyyəti ölkə ərazisindəə çıxarılmış xam nefti "Ərzaq əvəzinə neft" proqramı çərçivəsində sataraq ərzaq və dərman preparatları alırdı.

   2005-ci ildə BMT-nin xüsusi komissiyası təhqiqat apararaq müəyyənləşdirdi ki, proqramda iştirak edən şirkətlər Səddam Hüseyn hakimiyyətinə iri məbləğdə rüşvətlər verərək məhsulların məhz onlardan satın alınmasına çalışırdılar.

   
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws