30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Sirli milyarder öldü

Avropanın ən zəngin iş adamlarından biri olan alman Teodor Albrext 88 yaşında dünyasını dəyişib. "Aldi" ərzaq marketləri-diskaunterlər şəbəkəsinin banisi Essendəki malikanəsində iyulun 24-də ölsə də, bu barədə yalnız 4 gün sonra rəsmi açıqlama verilib. Multimilyarder iş adamının ölümünün səbəbləri barədə heç nə deyilmir.

   ZDF bildirir ki, Teodor Albrext və onun qardaşı Karl ərzaq alverinə İkinci Dünya müharibəsindən sonra başlayıblar. Müharibə bitəndən sonra doğma Essen şəhərinə dönən qardaşlar ailələrinə məxsus kiçik dükanı işlətməyə başlayıblar. 1950-ci ildə isə Albrext qardaşlarının artıq 13 ərzaq dükanı vardı.

   "Aldi", yəni "Albrecht Discount" adlanan ilk marketlər issə Almaniyada 1960-cı illərin sonlarında fəaliyyət göstərməyə başlayıb.

   "Aldi" marrketləri çox məhdud çeşiddə gündəlik tələbat mallarını olduqca sərfəli qiymətlərlə satmaqla məşğuldu.

   İndi isə təkcə Almaniyada 4 mindən artıq "Aldi" marketi var. Albrext qardaşları ABŞ-da 1100 marketə malik "Trader Joes" şəbəkəsinə də malikdilər.

   Karl və Teodor Albrext qardaşları mütəmadi olaraq Almaniyanın ən zəngin iş adamlarının reytinqinə başçılıq edir, habelə Avropanın və dünyanın ən zəngin şəxslərindən sayılırdılar.

   "Forbes" jurnalının hesablamalarına görə, Teodor Albrext $16,7 milyard, onun qardaşı Karl isə $23,5 milyardlıq sərvətə malikdi.

   Albrext qardaşları həddən artıq qapalı, adlarının kütləvi informasiya vasitələrində çəkilməsini istəməyən adamlar kimi ad çıxarıblar.

   Onların şirkətləri də media ilə sıx əlaqələr qurmayaraq fəalliyyətləri barədə məlumatları açıqlamırlar.

   Almaniyanın kütləvi informasiya vasitələrində Teodor Albrextin son şəkilləri yoxdur.

   1971-ci ildə Teodor Albrext oğurlanmışdı. Cinayətkarlar onu 17 gün saxlayaraq 7 milyon marka alandan sonra buraxmışdılar.

   Teodor Albrext Essen şəhər qəbristanlığında dəfn olunub.

   Onun dəfn mərasimi iyulun 28-də çox qapalı şəkildə keçirilib.
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws