BVF Kiyevə
$15 milyard verəcək
BVF Ukraynaya $15,15 milyard həcmində dəstək krediti ayırmağa razılaşıb. "The Wall Street Journal" bildirir ki, həmin pullar Kiyevə 2,5 il ərzində veriləcək. Məbləğin bir hissəsini - $1,9 milyardı Ukrayna dərhal ala bilər.
2008-ci ilin payızında BVF Ukraynaya qlobal maliyyə böhranı şəraitində iqtisadiyyatın stabilləşdirilməsi üçün $16,4 milyardlıq kredit ayırmışdı. Rəsmi Kiyev həmin məbləğin $10 milyardını alsa da, sonradan daxili iqtisadi siyasətlə bağlı Ukrayna hökumətindəki dartışmalardan dolayı BVF kreditləri dayandırmışdı.
2009-cu ildə Ukraynanın büdcə kəsirinin ÜDM-in 12%-dək artması da BVF-in qərarına təsir etmişdi. Həmin kredit proqramı dayandırılandan sonra BVF və Ukrayna iyunun sonu-iyulun əvvəllərində yenidən danışıqlara başlamışdılar.