Bankdan
saxta pul çıxdı
Hindistanın Ehtiyat Bankının (ölkənin Mərkəzi Bankı) əməkdaşları Caypur şəhərindəki saxlama anbarında 540 min saxta rupi aşkarlayıblar.
"The Times of İndia" bildirir ki, saxta əskinaslar anbara 2010-cu ilin ilk yarısında Caypurdakı müxtəlif banklar və valyuta mübadiləsi məntəqələrindən gətirilib. Saxta pullar yalnız bank əməkdaşlarının anbardakı pulları saymağa başlamalarından sonra aşkarlanıb. Polis faktla bağlı araşdırmalar aparır.
1935-ci ildə yaradılmış Hindistan Ehtiyat Bankı ölkənin pul bazarını tənzimləyir, pul buraxılışı, tədavülü və qızıl-valyuta ehtiyatlarının saxlanmasına cavab verir.