30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
İstilər davam edəcək
Dövlət Əmək Müfəttişliyi qızmar saatlarda işçilərə fasilələrin verilməsini tələb etdi

"Hazırda Bakı və Abşeron yarımadasında havanın hərarəti iqlim normasından 4 dərəcə yüksəkdir. Əvvəlki illərdə də belə istilər müşahidə edilib. 2000-ci ildə iyulun son günlərində bu cür isti hava şəraiti olub. Həmin il Mərkəzi Aran rayonlarında temperatur 42-43, Naxçıvan Muxtar Respublikasında hətta 46 dərəcəyədək yüksəlib". Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

   Onun sözlərinə görə, ölkə ərazisində iyulun 26-dan anomal istilər müşahidə edilir. Yüksək temperaturlar iyulun sonunadək davam edəcək. Mərkəzi Aran rayonlarında hərarətin 42 dərəcəyədək yüksəlməsi gözlənilir. Avqustun ilk günlərində də Azərbaycanda anomal isti hava şəraitinin müşahidə ediləcəyi proqnozlaşdırılır.

   A.Verdiyev bildirib ki, iyulun 28-də Azərbaycanda ən yüksək temperatur Kürdəmirdə qeydə alınıb - 42 dərəcə. Ümumilikdə isə iyulun ən isti günləri ayın 11-12-də olub. İyulun 11-də ölkə ərazisində ən yüksək temperatur Culfada müşahidə edilib - 44 dərəcə. İyulun 12-də isə Bakı və Abşeron yarımadasında 40 dərəcə isti olub.

   Yeri gəlmişkən, Əmək Məcəlləsinə görə, havanın temperaturu 41 dərəcəni ötəndən sonra iş dayandırılmalıdır. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (HİK) hüquq şöbəsinin müdir müavini Leyla Acalovanın sözlərinə görə, temperatur qanunvericilikdə göstərilən həddi, yəni 41 dərəcəni keçərsə, o zaman HİK tərəfindən işin dayandırılması ilə bağlı əlavə tədbirin keçirilməsi gözlənilə bilər: "Artıq müəssisələrin həmkarlar təşkilatları bu barədə məlumatlandırılıb. Əgər temperatur göstərilən həddi keçərsə, müəssisədə həmkarlar ittifaqı təşkilatı varsa və orada sərinləşdirici şərait yoxdursa, onda həmkarlar ittifaqı təşkilatları işin dayandırılması haqqında işəgötürənlərə müraciət edəcək. Həmkarlar ittifaqı təşkilatı olmayan müəssisələrin işinə isə bu məsələ ilə bağlı müdaxilə etmək səlahiyyətimiz yoxdur".

   L.Acalova deyib ki, isti və açıq iş yerlərində işləyən işçilər üçün həmkarlar ittifaqı təşkilatları varsa, onda bu təşkilat işəgötürənlə razılıq əldə etməli, iş dayandırılmalı və işçilərə müəyyən fasilə verilməlidir. Ancaq bu fasilə qanunla müəyyən edilməyib. Fasilə havanın temperaturundan və işin rejimindən asılıdır.

   Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə işəgötürən həmkarlar təşkilatının işin dayandırılması barədə müraciətindən sonra ona əməl etməzsə, onda HİK-in bununla bağlı müvafiq qurumlara müraciət etmək ixtiyarı var.

   Acalova qeyd edib ki, rəsmi qaydada indiyədək hansısa müəssisənin işin dayandırılması barədə HİK-ə məlumat daxil olmayıb: "İşin dayandırılması barədə təşəbbüsün müəssisənin ilk həmkarlar təşkilatları tərəfindən irəli sürülməsi vacib deyil. Bunu işəgötürənin özü də heç bir əlavə təşəbbüsü, qərarı gözləmədən edə bilər. Dövlət Əmək Müfəttişliyi də bu təşəbbüslə çıxış edə bilər".

   Bir çox xarici şirkət və yeni yaradılan özəl televiziyalar istisna olmaqla, müəssisələrin çoxunda həmkarlar təşkilatlarının olduğunu deyən L.Acalovanın sözlərinə görə, həmkarlar təşkilatlarının olduğu müəssisələr arasında hazırda 41 dərəcəni keçən iş yerləri yoxdur.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü isə bildirib ki, müəssisələrə isti hava şəraitində iş şəraitinin təşkili, 41 dərəcədən yüksək temperatur olduqda işçilərin sərinləşdirici içkilərlə təmini, qızmar saatlarda fasilələrin verilməsi üçün məktublar göndərilib. Onun sözlərinə görə, DƏM həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə birgə bu gündən reydlər keçirməyə başlayacaq. İsti hava şəraiti davam edəcəyi müddətdə keçiriləcək reyd zamanı müəssisələrin 41 dərəcədən yüksək temperaturda işin davam etdirilib-etdirilmədiyi, hansı şəraitdə işin davam etdirildiyi yoxlanılacaq: "Reyd zamanı qızmar gün altında işin dayandırılması mütləq təmin ediləcək. Belə şəraitdə tələblərə uyğun olmayan qaydada işini davam etdirən müəssisələrə icrası məcburi olan göstərişlər veriləcək".

   
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws