"Xırdalan" pivə şəhərciyi açacaq
Tanınmış brend paytaxt sakinlərinə şəhər bayramı bəxş edəcək
Tanınmış brend olan Xırdalan pivəsi yayın qızmarında paytaxt sakinlərinə yerli estrada ulduzlarının iştirakı ilə şəhər bayramını bəxş edir. Elə buradaca "Xırdalanla unudulmaz yay!" milli promoaksiyanın uduş oyununun finalı keçiriləcək.
Avqustun 8-də Şıxov qəsəbəsindəki "1001 Gecə" çimərliyində əsl pivə şəhərciyi açılacaq; burada yaşı 18-dən yuxarı olan ziyarətçilər həm "Baltika-Bakı" zavodunun istehsal etdiyi keyfiyyətli pivənin dadına baxacaq, həm də Azərbaycanın tanınmış müğənnilərinin və qruplarının çıxışlarını da seyr edəcək, doyunca şənlənəcəklər - əyləncə və müsabiqə hər kəsə yetəcək.
Fəal istirahət ərazisində istəyi olan hər kəs stolüstü tennis, bilyard, armreslinq, drotik atıcılığı, voleybol yarışlarında iştirak edə biləcəklər. Əyləncəli müsabiqələrdən sonra qonaqlar pivə ilə içmək üçün müxtəlif təamlar təklif ediləcək məkanlarda istirahət edə bilərlər.
Bayramın rəsmi açılışı saat 18.00-a təyin edilib və "Qala" qrupu, Elşad Xose, bu il Avroviziya müsabiqəsində iştirak etməyə namizəd olmuş müğənni Məryəm və Röyanın iştirakı ilə davam edəcək. Saat 21.00-dən başalayaraq isə qonaqları yay diskotekası və köpüklü şou gözləyir.
"Baltika-Bakı" MMC-nin baş direktoru Adam Tlexuray bildirib ki, bərpadan sonra zovodun açılış mərasimində yerli brendləri inkişaf etdirəcəkləri barədə verdikləri vədin üstündə dayanıblar. "Bunlardan əsası isə Xırdalan brendi idi. Verdiyimiz sözün üstündə dayanaraq biz Xırdalan brendindən təkcə milli uduş oyunu keçirmirik, həmçinin Bakı sakinlərinə böyük yay bayramı da bəxş edirik. Ümid edirik ki, Şıxovdakı festival bakılılara rahat dost mühitində yaxşıca əylənmək imkanı verəcək".
"Baltika-Bakı" pivə zavodu 2008-ci ildən Azərbaycandadır və fəaliyyət dövrü ərzində mədəniyyət, təhsil sahəsindəki layihələri dəstəkləyir, o cümlədən də Abşeron rayonunun sosial inkişaf poqramlarına yardım edir. 2010-cu ilin mart-aprel aylarında "Baltika-Bakı"nın dəstəyi ilə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının gənc musiqi ifaçılarının müsabiqəsi təşkil edilmişdi. İyulda şirkət populyar "Kəbab və Barbekyu" çempionatının baş sponsorluğunu həyata keçirib. Tədbirdən toplanan bütün vəsait kimsəsiz uşaqlar evinə köçürülüb. "Bakı-Baltika" zavodu Xırdalanda fəaliyyətə başladığı dövrdən Azərbaycanın dövlət büdcəsinə 20 milyon manatdan çox vergi ödəyib.
"Baltika Pivə şirkəti" ASC Şərqi Avropada xalq istehlakı mallarını istehsal edən ən iri şirkətdir. "Baltika" brendi Avropada satış üzrə birinci yeri tutur (Canadean, Euromonitor). Şirkətin Rusiyanın on şəhərində zavodu, Azərbaycanda isə geniş brendlər portfeli olan 1 zavodu var. "Baltika" pivə şirkəti rus pivəsinin əsas ixracatçısıdır: "Baltika" məhsulları dünyanın 70-dən çox ölkəsində satılır. Şirkətin payına bütün rus pivəsinin ixracatının 70 faizi düşür.
Xırdalan brendinin tarixi 2000-ci ildən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin şərəfinə adlandırılıb. Bu gün Xırdalan pivəsi ticarət obyektlərinin 94 faizində təmsil olunur və Azərbaycan Respublikasında liderliyə davam edir. Xırdalan pivəsi milli resept əsasında hazırlanır. "Baltika-Bakı" zavodunda istehsal olunan Xırdalan pivəsi 2009-cu ildə "Brand Award Azerbaijan" mükafatını alıb və Azərbaycanda "Ən yaxşı pivə" nominasıyası üzrə qalib seçilib.
AQŞİN