Magistraturaya əlavə
yerləşdirmə başladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayıb. Xəbər "Ekspress"ə TQDK-nın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, dünəndən başlayan sənəd qəbulu prosesi avqustun 5-dək davam edəcək. Sənəd qəbulu internetlə aparılacaq. TQDK-dan o da bildirilib ki, vakant yerlər barədə elan "Magistr" jurnalının 6 sayında dərc edilib.
A.NƏBİYEVA