30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9009)
Dieqo Rivera - romantik kommunist (8772)
Cankorelin dialoq arzusu (6223)
Özünü kölgəyə verən müxalifət (5596)
Dədəli-nənəli qələbə (5547)
İP-in "peyğəmbər"i (5498)
Əzrayılın bala paylamaqlığı (5476)
Kölgənin kölgəsi (5437)
Seçki kəşfləri (5406)
Manıslarımız kimə arxalanırlar? (5372)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Azərbaycan-Türkiyə biznes-forumu
Bakı ilə Ankara birgə iqtisadi güc nümayiş etdirəcək
Türkiyənin üç istəyi: İdxal-ixracda ifrat bürokratiya aradan qaldırılsın, viza rejimi yüngülləşdirilsin və Azərbaycan-Türkiyə- Gürcüstan vahid gömrük şəbəkəsi yaradılsın

İyulun 29-da Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Forumda Türkiyədən kənd təsərrüfatı, tikinti, turizm, yeyinti sənayesi və s. sahələrdə çalışan 100-dən artıq şirkətin təmsilçisi iştirak edib.

   Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan bildiriblər ki, hər iki ölkə investisiya təşəbbüslərini dəstəkləyir. "Bununla ölkələrimiz birgə iqtisadi güclərini nümayiş etdirə bilər",- deyə Zəfər Çağlayan bildirib.

   Şahin Mustafayev də deyib ki, Azərbaycan və Türkiyə şirkətlərinin üçüncü dövlətlərdə birgə fəaliyyət göstərməsi imkanları müzakirə olunur. Nazir bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusilə də energetika sahəsində yaxşı əlaqələr mövcuddur və əlaqələr davamlı şəkildə inkişaf edir.

   Biznes-forumda tərəflər ticarət-iqtisadi əlaqələrin səviyyəsindən razılıq ifadə ediblər. "Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 80 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir", - deyə Ş.Mustafayev bildirib. O, Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıb. İki ölkənin siyasi əlaqələrinin iqtisadi əməkdaşlığı daha da artırmağa imkan verdiyini deyən Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına münbit zəmin yaranıb.

   Türkiyəli nazirin sözlərinə görə, yaxın illərdə iki ölkə arasında ticarət dövriyyəsi ötən ilki $2,5 milyarddan $5,5 milyarda çatdırıla bilər. Dövlət naziri bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin geniş potensialı mövcuddur və regionda birgə reallaşdırılan iqtisadi layihələrin icrasından sonra bu sahədə artım olacaq. Z.Çağlayan eyni zamanda qeyd edib ki, ticarət əlaqələrinin potensialından tam istifadə üçün 3 məsələ həllini tapmalıdır":Bu, idxal-ixracda ifrat bürokratiyanın aradan qaldırılması, viza rejiminin yüngülləşdirilməsi və iki ölkə ilə Gürcüstan arasında vahid gömrük şəbəkəsinin yaradılmasıdır".

   Dövlət naziri birgə fəaliyyətin müsbət nəticələr verəcəyini söyləyib. Türk şirkətlərinin gəmi inşaatı, kənd təsərrüfatı, inşaat və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakını mümkün sayıb.

   Z.Çağlayan şirkətləri işbirliyi yaradarkən mövcud hüququ nəzərə almağı tövsiyə edib: "Sonradan yaranmış problemlər, məhkəmə davaları ölkələr arasında münasibətlərə, yuxarı səviyyədə əlaqələrə öz mənfi təsirini göstərir".

   Türkiyə İxracatçılar Şurasının sədr müavini Bülənd Aymen Azərbaycan ərazisində yük nəqlində problemlər olduğunu bildirib. Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə hesab edir ki, iş olan yerdə nöqsan da olur. O, əmin olduğunu bildirib ki, problemlər tezliklə həllini tapacaq.

   "Azersun Holding" və "White City" təmsilçiləri Türkiyə investorlarını Bakıda iki nəhəng tikinti layihəsində tərəfdaşlığa çağırıblar. Bunlar hər biri 200 hektar sahəni tutan şəhər-mikrorayonlardır. Onlara bir neçə milyard dollarlıq investisiya lazımdır.

   Türkiyə hökuməti öz ixrac potensialını artırmağa çalışır. Azərbaycan dövlət investisiya layihələrində istifadə üçün tikinti materialları və avadanlıq idxalını artıra bilər.

   Tədbirdə daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan İnvestisiya Şirkəti barədə təqdimatlar keçirilib. Türkiyəli iş adamlarına Azərbaycanın iqtisadi imkanları, mövcud potensial, prioritet layihələr barədə məlumatlar verilib.

   
A.Həmid
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws