Abdulbari Goozal:
"A.M.A.Y. rəhbəri boşuna hay-küy saldı"
"Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Goozal A.M.A.Y. şirkətinin rəhbəri Abdulla Abdullayevin onun barəsində səsləndirdiyi ittihamlara cavab verib.
Lent.az-a açıqlamasında Goozal bildirib ki, rəhbərlik etdiyi şirkət və bu holdinqə daxil olan bank müştərini "batırmır": "Müştəri insanın vəli-nemətidir və onu qorumaq lazımdır. Həmişə alacaqlı borcluya dua edər, can sağlığı istər ki, ona bir şey olmasın, pulunu qaytarsın".
Goozal bildirib ki, Abdullayev ondan 24%-lə kredit götürməyi xahiş edib. Holdinq rəhbəri olaraq, o da öz növbəsində Abdullayevin xahişini qəbul edib: "İndi deyir ki, mənim sizdə qoyduğum girovlar artıqdır. Biz də deyirik ki, qardaş, 3 il vaxtından keçir. Sən pulumuzu ver, girovunu azad edək. O, boş-boşuna hay-küy saldı. Amma camaat "Azərsun"u tanıyır. "Azərsun" canyandıran deyil, qan verəndir".
A.M.A.Y. rəhbərliyinin yaranmış problemin həlli ilə bağlı bankla danışıqlar apardığını deyən şirkət rəhbəri ortaq məxrəcə gələcəklərinə ümid etdiyini vurğulayıb.