30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Duz təftişi...
Bir duz firması cərimələndi, digəri bağlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Abşeron rayonunun Novxanı kəndində yerləşən "Kristal-N" firmasında duz istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Bu barədə "APA-Economics"ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

   Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı Komitənin dövlət nəzarəti aparılması barədə müvafiq sərəncamına əsasən "Kristal-N" firmasında istehsal zamanı müəssisə rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulduğu aşkarlanıb. Bu və aşkar olunmuş digər nöqsanlarla əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib olunub, müəssisəyə cərimə tətbiq edilib.

   SMPDK Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolu,12 km ünvanında yerləşən "İSR-duz istehsalı" MMC-yə məxsus sexdə də yodlaşdırılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda tədarük edilən duz emalı və qablaşdırılması faktları aşkarlayıb.

   Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində mövcud standartın tələbinə uyğun olaraq yodlaşdırılmış duz istehsalı zamanı duzun nəmliyi, suda həll olmayan qalığın kütlə payı və yodun miqdarı istehsalçı tərəfindən hər 7 saatdan bir təyin olunmalıdır, lakin müəssisənin bu sınaqları aparmaq üçün laboratoriyası mövcud deyil və istehsal olunan duzun sınaqlarının aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə bağlanmış müqavilə və sınaq protokolları yoxdur. Məhsul müəyyən emal prosesi keçdikdən sonra kustar üsülla gözəyarı hazırlanmış kalium-yodat (KJ) məhlulu vasitəsilə yodlaşdırılır. Bu da heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyil.

   Normativ sənədin (AZS 280- 2007) tələblərinə görə, emal olunmuş duz çoxqatlı kağız içliyə yığıldıqdan sonra, paketlərə qablaşdırılmalı olduğu halda birbaşa hermetik olmayan kağız paketə qablaşdırılır ki, bu da məhsulun hava ilə təmasda olaraq keyfiyyətinin itirilməsinə (yodun uçmasına) səbəb olur.

   Bununla yanaşı, məhsulun markalanmasında bir sıra nöqsanlara yol verilib. Belə ki, markalanmada məhsul üçün normativ sənəd deyil, qüvvədən düşmüş normativ sənəd göstərilib. Nazirlər Kabinetinin 154 saylı Qərarının 5.4 bəndinin tələbinə zidd olaraq məhsulun üzərində reklam xarakterli ("Ekoloji təmiz") məlumat da yerləşdirilib.

   Nöqsanlarla əlaqədar olaraq sexdə aşkarlanmış hər birinin çəkisi 850 qram olan 6860 ədəd hazır məhsulun satışının qadağan olunması barədə tələbnamə verilib. Müəssisədə məhsul istehsalı dayandırılıb.

   
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws