"Salam, mən Sizin... qayınananızam!"
Rusiyanın tanınmış aktyorları 1 ay ərzində
Bakının konsert və tamaşa salonlarında çıxış edəcəklər
Rusiyanın tanınmış aktyorları 1 ay ərzində Bakının konsert və tamaşa salonlarında çıxış edəcəklər. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, aktyorlar və tamaşaların yaradıcı heyəti Bakıya sentyabr ayının sonu gələcək. Oktyabr ayının ilk günlərindən başlayaraq onlar Rus Dram Teatrı və Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcəklər. Belə ki, oktyabrın 1-2-də Rus Dram Teatrında yazıçı Sergey Belovun "Mamulya" pyesi əsasında səhnələşdirilən "Salam, mən Sizin... qayınananızam!" tamaşasının nümayişi baş tutacaq. Musiqili komediyanın rejissoru Pyotr Balışkovdur. Tamaşada əsas rolları Rusiyanın əməkdar artistləri Vladimir Dolinski, Anna Terexova, Natalya Xoroxorina və başqaları ifa edir.
Oktyabrın 8-də isə Rusiyanın məşhur "Univer" serialının ulduzları Heydər Əliyev Sarayında "Qəşəng toy" tamaşasını təqdim edəcəklər. Tamaşada baş rolları Mariya Kojevnika və Vitali Qoqunski oynayır.
Qeyd edək ki, "Qəşəng toy" tamaşası bu ilin yazında səhnələşdirilib və müvəffəqiyyətlə bütün Rusiya üzrə nümayiş etdirilir.
AYXAN