30 Iyul 2010-cı il N 136(3025)
  Açılış Səhifəsi et     |     Favorilərə əlavə et     |     Reklam
 AZE  ENG  RUS
ARXİV    |    MƏZƏNNƏLƏR    |    HAVA HAQQINDA
ANA SAHİFƏ
GÜNDƏM
SİYASƏT
İQTİSADİYYAT
CƏMİYYƏT
YAZARLAR
MÜSAHİBƏ
KRİMİNAL
MƏDƏNİYYƏT
DÜNYA
BALL.az(İDMAN)
SƏRBƏST
DİASPORA
AVTO
ZAMAN
TƏHSİL
MEDİA
FORUM
FAYDALI LİNKLƏR
 
 SORĞU
Yeni internet səhifəmizi bəyəndinizmi?
Bəli
Xeyr
 ƏN ÇOX OXUNANLAR
Fəaliyyəti qüsurlu partiya (9046)
Dieqo Rivera - romantik kommunist (8810)
Cankorelin dialoq arzusu (6255)
Özünü kölgəyə verən müxalifət (5615)
Dədəli-nənəli qələbə (5570)
İP-in "peyğəmbər"i (5515)
Əzrayılın bala paylamaqlığı (5491)
Kölgənin kölgəsi (5463)
Seçki kəşfləri (5409)
Manıslarımız kimə arxalanırlar? (5389)
 HAVA HAQQINDA
 MƏZƏNNƏ
 Haqqımızda
Təsisçi: Müşfiq SƏFİYEV
Baş redaktor:
Qəzənfər BAYRAMOV
İnternet redaktor:
Həsən Ağacan
Ünvan: Bakı şəhəri, Xaqani küçəsi-20b mənzil 43.
Telefonlarımız:
98-94-76;
98-08-63;
93-56-23


 ZİYARƏTCİLƏR
1 2 3
Məhbəsdə görüş
İctimai Komitənin üzvləri Qobustan həbsxanasında aclıq edən ömürlük məhbusla görüşdülər

Ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və qurumun üzvü Çingiz Qənizadə Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında olublar. Bu barədə APA-ya məlumat verən Çingiz Qənizadə həbsxanadakı məhkumlarla görüşdüklərini deyib: "Həbsxanada saxlanılan ömürlük məhbus Zaur Həziyevlə görüşdük. Görüşümüzün əsas məqsədi Zaur Həziyevə baş çəkmək və bir qədər əvvəl orada dünyasını dəyişən Nemət Əhmədovun ölümünün səbəbini araşdırmaqdan ibarət idi. Nemət Əhmədovun kamera yoldaşlarını təkbətək dindirdik və məlum oldu ki, bu, təbii ölümdür. Burada hansısa işkəncədən söhbət gedə bilməz".

   Hüquq müdafiəçisi ömürlük məhbus Zaur Həziyevin aclıq aksiyası keçirdiyini də bildirib: "Zaur Həziyev müalicə müəssisəsinə köçürülməsini istəyir. Aclıq aksiyasını dayandırmağı xahiş etsək də, o, aksiyanı müalicə müəssisəsinə köçürüldükdən sonra dayandıracağını söylədi. Bizimlə həbsxanaya gedən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tibb İdarəsinin iki həkimi onu müayinədən keçirdilər. Səhhəti olduqca ağırdır. Dediyinə görə, ötən ayın 26-dan aclığa başlayıb. Lakin rəsmi olaraq bu ayın 20-dən o, kamerasına qoyulan yeməkdən imtina edib və bu da aktlaşdırılıb".

   Hüquq müdafiəçisi Zaur Həziyevin Müalicə Müəssisinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəklərini də vurğulayıb.

   
| More
 
 SON XƏBƏRLƏR  
 
 ARXİV  
Iyul 2010
Be
Ça
Ç
Ca
C
Ş
B
12345
6789101112
13141516171819
20212223242526
272829
 
Copyright © 2002-2009 Express Site by azDesign.ws