Öz boğazına
bıçaq çəkdi
Oğuz rayon sakini özünü öldürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz RPŞ-dən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Filfilli kəndində olub. Kənd sakini, 1958-ci il təvəllüdlü Eldarov Natiq Bəkir oğlu yaşadığı evin arxa hissəsində mətbəx bıçağı ilə boğazını kəsib.
Mərhumun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. Onun ötən gün Mingəçevir şəhərindəki Əsəb Xəstəlikləri Dispanserində olduğu, həkim nəzarətindən keçdiyi də deyilir.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlayıb, intiharın səbəbi araşdırılır.