Torpaq altda qalıb öldü
Oğuz-Bakı su kəmərinin çəkilişində çalışan fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz RPŞ-dən məlumat verilib.
Məlumata görə, hadisə su kəmərinin Bayan kəndindən keçən hissəsində olub. Rayonun Tərkəs kənd sakini, 1959-cu il təvəllüdlü Əzizov İntizam Səməd oğlu su kəməri üçün qazılmış xəndəkdə iş aparan zaman üzərinə qəflətən torpaq uçub və o, dünyasını dəyişib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.